“Anadolu” Agentliyinin məlumatına görə, Balkan regionunun ən böyük məscidlərindən biri hesab edilən Yeni Cümə Məscidi 1400 kvadratmetr sahədə inşa olunub və eyni vaxtda 1200 nəfər ibadət edə bilər.
Cənub-şərqi Bolqarıstanın Kracali şəhərində yerləşən Kardjali rayonunda 18 noyabr tarixində keçirilən rəsmi mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy iştirak edib.
Açılış mərasimində Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Ədalət və İnkişaf Partiyasının sədr müavini Zafer Sırakaya, Diyanət İşləri Başkanı Səfi Arpaguş, eləcə də Türkiyədən bir sıra nazir müavinləri və rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy qeyd edib ki, məscid təkcə ibadət yeri deyil, həm də bölgə müsəlmanları üçün mənəvi, mədəni və sosial mərkəz kimi böyük əhəmiyyət kəsb edir. O, Türkiyə ilə Bolqarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daim inkişaf etdiyini də vurğulayıb.
Nazir əlavə edib ki, məscid 1400 kvadratmetrlik ərazidə tikilib və 1200 nəfər tutuma malikdir. Burada Quran təlim kursları, iclas zalı və müxtəlif fəaliyyətlər üçün sahələr mövcuddur ki, bu da məscidi bölgə müsəlmanları üçün seçilən bir dini-mədəni mərkəzə çevirir.
Digər tərəfdən, Diyanət İşləri Başkanı Səfi Arpaguş çıxışında bildirib ki, Yeni Cümə Məscidi Balkanın ən mühüm məscidlərindən biri olaraq təkcə ibadət məkanı deyil, elm, sosial həmrəylik, sədaqət və əxlaqi dəyərlərin təbliği üçün də bir mərkəz rolunu oynayacaq.
4317844