“İQNA”-nın məlumatına görə, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin cümə axşamı gecəsi İran İslam Respublikasının Birinci Kanalında yayımlanan televiziya çıxışı müxtəlif beynəlxalq media qurumları tərəfindən geniş şəkildə işıqlandırılıb.
Əl-Məyadin xəbər kanalı
Əl-Məyadin Ali Rəhbərin çıxışına geniş yer verərək yazdı: “Ali Rəhbər İran xalqını hökumətə və prezidentə dəstək olmağa və düşmənlər qarşısında birliyə çağırdı”.
Əl-Məyadin həmçinin Ali Rəhbərin bu sözlərini də yayıb: “İran xalqı Amerika və Sionist rejimi məğlub etdi və ABŞ İran xalqını aldada bilmədi.”

Yəmənin Əl-Məsirə kanalı
Əl-Məsirə yazdı: “İranın Ali Rəhbəri vurğuladı ki, “Bəsic və müqavimət ardıcıl nəsillər boyu davam etməlidir.”

İraqın Əl-Məlumə xəbər agentliyi
“Əl-Məlumə” Ali Rəhbərin sözlərini belə nəql edib: “Müqavimət fenomeni davam edəcək və inkişaf edəcək, dünyanın məzlumları isə onların dəstəkləyən birinin olduğunu hiss edəcəklər.”
Agentlik həmçinin Ali Rəhbərin bu sözlərini də ön plana çıxarıb: “Əgər Amerika olmasaydı, Sionist rejimi bu qədər cinayətlər edə bilməzdi.”

Livanın “Ən-Nəşrə” xəbər saytı
Livanın analitik xəbər saytı “Ən-Nəşrə” Ali Rəhbərin bəyanatının bəzi hissələrini yayımlayaraq bildirib ki, Ayətullah Xamenei iranlıları düşmənlərə qarşı birliyə çağırıb.
Sayt həmçinin Ali Rəhbərin bu sözlərini yayıb: “Amerika elə bir ölkə deyil ki, İran onunla əməkdaşlıq etməyə can atsın.”
Rusiyanın Sputnik xəbər agentliyi
Rusiyanın ərəb dilli Sputnik agentliyi də Ali Rəhbərin İran xalqına ünvanladığı televiziya çıxışını geniş şəkildə işıqlandırıb.
Agentlik Ayətullah Xameneinin sözlərini belə nəql edib: “Hərçənd İran İslam Respublikası 12 günlük müharibədə müəyyən itkilər verdi və bəzi komandirlərini itirdi, lakin buna baxmayaraq, İran İslam Respublikası güc və iradə mərkəzi olduğunu göstərdi.”

İngilisdilli media
Regionun və dünyanın müxtəlif ölkələrinin ingilisdilli media qurumları, həmçinin fransızdilli “Le Figaro” qəzeti Ali Rəhbərin bu gecəki çıxışını yayımlayarkən, əsasən bu fikrə diqqət yetiriblər: “İranın hazırkı ABŞ hökuməti ilə əlaqə yaratmaq üçün mesaj göndərməsi iddiası tamamilə yalandır.”
Azərbaycan Respublikası vebsaytı
Azərbaycan Respublikasına məxsus bir xəbər saytı yazıb: “İranın Ali Rəhbəri Ayətullah Xamenei bəyan edib ki, ABŞ hökuməti İran İslam Respublikası ilə danışıqlar aparmağa layiq deyil.”
Sayt həmçinin Ali Rəhbərin bu sözlərini yayımlayıb: “Keçmiş təcrübələr göstərir ki, amerikalılar danışıqlarda səmimi deyillər və onların məqsədi yalnız öz tələblərini başqalarına diktə etməkdir.”

4319564