IQNA

Hindistanda müsəlmanlara qarşı sistematik təzyiqlərə etiraz

11:51 - November 30, 2025
Xəbər sayı: 3499311
İQNA - Hindistan Alimlər Cəmiyyətinin rəhbəri ölkədə islamın səsinin boğulması və hökumətin müsəlmanlara qarşı məqsədyönlü və sistematik siyasəti barədə xəbərdarlıq edib.

“Sout al-Şiəə”-nin məlumatına görə, Hindistan Alimlər Cəmiyyətinin sədri Məvlana Arşad Mədəninin sərt açıqlamalarından sonra ölkədə gərginlik artıb. O, hökuməti Hindistan müsəlmanlarına qarşı sistemli siyasət yürütməkdə və onların doğma yurdlarında başıuca olmalarının və uğur qazanmalarının qarşısını almaqda ittiham edib.

Mədəni bildirib ki, müsəlmanlar həm akademik, həm də sosial səviyyədə artan təzyiqlərlə üzləşirlər. Təhlükəsizliklə bağlı bəzi hadisələr isə onlara qarşı sərt tədbirləri əsaslandırmaq üçün istifadə olunur, baxmayaraq ki, faktlar “siyasi və media diskursunun” müsəlmanlar haqqında mənfi imic yaratdığını və onları kollektiv ittiham dairəsinə sürüklədiyini göstərir.

O əlavə edib ki, bu hadisələrin acı ironiyası ondadır ki, müsəlmanlar dünyanın müxtəlif yerlərində Nyu-York və London kimi şəhərlərin meri kimi yüksək rəhbərlik postlarını tutur, lakin öz ölkələrində təqib və təzyiqlərlə üzləşirlər və hər hansı bir sübutdan əvvəl günahkar kimi təqdim olunurlar.

Bu bəyanatlar hazırda əl-Fəllah Universiteti ilə bağlı davam edən araşdırmalar fonunda səsləndirilir. Müsəlmanların fikrincə, bu araşdırmalar onlara qarşı nəzarəti və təzyiqləri artırmaq üçün bir bəhanəyə çevrilib və onların ictimai sferadakı varlıqlarını məhdudlaşdırmaq məqsədinin güdüldüyü hissini daha da gücləndirir.

Müşahidəçilər hesab edirlər ki, Hindistanın ən görkəmli dini şəxslərindən birinin bu tənqidi ölkədə müsəlmanlarla rəsmilər arasında artan uçurumu göstərir.

4319886

captcha