“İQNA”-nın “Əl-Kəfil”ə istinadən verdiyi xəbərə görə, “Əl-Əmid” Quran tilavəti müsabiqəsinin üçüncü mərhələsi bütün ölkələr və yaş qrupları üçün açıq elan olunub. İştirak etmək istəyənlər tilavətlərindən 3 dəqiqədən çox olmayan video çəkərək müsabiqə komitəsinə göndərməlidirlər.
İştirakçının adı göndərilən videonun əvvəlində qeyd olunmalıdır. Video hər hansı səs və görüntü effektlərindən azad olmalı, yeni çəkilmiş və fasiləsiz bir kadrdan ibarət olmalıdır.
Müsabiqəyə qatılmaq istəyənlər https://alkafeel.net/DeansAward ünvanına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müqəddəs Həzrət Abbas (ə) Hərəmi qeydiyyat mərhələlərini belə açıqlayıb:
1. Uyğun dili seçin.
2. Formanı dəqiq və tam şəkildə doldurun.
3. Adınızı pasportda yazıldığı kimi qeyd edin.
4. Yaşınızı, ölkənizi və WhatsApp və ya Telegramda aktiv telefon nömrənizi daxil edin.
5. Aşağıdakı sənədləri əlavə edin: tilavət videosu, pasportun surəti və aydın şəxsi foto.
6. “Qeydiyyat” düyməsini klikləyin və faylların uğurla yüklənməsi üçün bir qədər gözləyin.
Tilavətlərin göndərilməsi qaydası
Müsabiqədə iştirak etmək istəyənlər videoları və tələb olunan məlumatları Telegram tətbiqində müsabiqənin hesabına (+9647760005311) göndərməlidirlər. Əgər Telegram vasitəsilə əlaqə qurmaqda problem yaranarsa, həmin nömrə ilə WhatsApp üzərindən dəstək komandası ilə yazışmaq mümkündür.
Qeydiyyatda çətinlik yaşayan hər kəs WhatsApp və ya Telegram vasitəsilə dəstək komandası ilə əlaqə saxlaya bilər: +9647760005311.
4321504