
“İQNA”-nın “Rusiyə əl-Yəvm”-ə istinadla verdiyi xəbərə görə, Əhməd əş-Şərə 2024-cü il dekabrın 8-də, Bəşər Əsəd rejiminin süqutunun birinci ildönümündə aldığı bu hədiyyəni ictimaiyyətə göstərib.
Əhməd əş-Şərə bildirib: “Səudiyyə vəliəhdi ona Kəbənin möhtəşəm örtüyündən bir parçanı hədiyyə edib ki, bu parça Suriyanın paytaxtı Dəməşqdəki Əməvi məscidinin həyətində yerləşdirilsin.
Bu parçanın üzərində Qurani-Kərimdən bu ayə yazılıb:
«وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِن مَّقَامِ إِبْرَاهِيمَ مُصَلًّى»
(“Xatırlayın o zamanı ki, Biz bu evi [Kəbəni] insanlar üçün toplanma yeri və əmin-amanlıq məkanı etdik və İbrahim məqamını namazgah götürün”).
Əhməd əş-Şərə Əməvi Məscidində namaz qılıb və çıxış edərkən, 2024-cü il dekabrın 8-də – Əsəd rejiminin süqutundan sonra Dəməşqə daxil olduğu gün həmin minbərdə etdiyi çıxış zamanı geyindiyi eyni libası üzərində saxlamışdı.
O, Kəbə örtüyünün hədiyyəsi barədə əlavə edib: “Biz istədik ki, bu parça Əməvi məscidində yerləşdirilsin ki, Məkkəi Mükarəmə ilə Şam diyarı arasında məhəbbət və qardaşlıq bağları genişlənsin.”
4321732