“İQNA”-nın “shabiba.com” saytına istinadla verdiyi xəbərə görə, bu yarışma “Müstəhil” Vəqf Fondunun əməkdaşlığı ilə dekabrın 15-dən (bazar ertəsi) start götürüb və ilkin mərhələsi iki həftə davam edəcək.
Müsabiqədə Müsqat, Bureymi, Şimal-Şərq, Daxiliyyə və Zufar vilayətlərindən hafizlər iştirak edirlər. Bu tədbirin məqsədi iştirakçıların Qurani-Kərim yarışlarında iştirakını asanlaşdırmaq, onların bacarıqlarını nümayiş etdirmək üçün münasib imkan və rəqabət mühiti yaratmaqdır.
Yarışmada ümumilikdə 347 nəfər iştirak edir ki, onların 176-sı kişi, 171-i isə qadındır.
İştirakçılar iki istiqamətdə yarışırlar:
- Qurani-Kərimin tam əzbərlənməsi ilə yanaşı “Bəqərə” surəsinin təfsiri,
- Qurani-Kərimin tam əzbərlənməsi.
Bu ilk yarışma Allahın kitabına sarılmağın əhəmiyyətini vurğulamaqla yanaşı, Oman Əqaf və Dini İşlər Nazirliyinin hafizləri dəstəkləmək istiqamətindəki səylərini nümayiş etdirir. Həmçinin müxtəlif qrupları Quranı əzbərləməyə və tilavət etməyə təşviq etməklə dini dəyərlərin cəmiyyətə yerləşdirilməsində və İslam kimliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.
4323270