IQNA

Yəmən universitetlərində Qurana hörmətsizliyə qarşı geniş etirazlar

12:07 - December 18, 2025
Xəbər sayı: 3499427
İQNA – Yəmən xalqı ölkənin müxtəlif vilayətlərində geniş miqyaslı universitet və tələbə hərəkatında iştirak edərək, Amerika–sionist dairələrinin Qurani-Kərimə təkrar-təkrar etdiyi təhqirlərə qarşı qəzəb, nifrət və qürurlarını nümayiş etdirib və bu anti-İslam hərəkətləri pisləyiblər.

“İQNA”-nın “Əl-Məsira”ya istinadla verdiyi xəbərə görə, Yəmənin müxtəlif vilayətlərində xalq, universitet və tələbə hərəkatı geniş etiraz aksiyaları keçirib. Bu aksiyalar qəzəb, nifrət və qürur dalğası ilə müşayiət olunub və Amerika–sionist dairələrinin Qurani-Kərimin müqəddəs məqamına təkrar-təkrar etdiyi təhqirləri, sonuncu nümunəsi isə ABŞ-da seçki kampaniyası zamanı bir namizədin açıq-aşkar etdiyi hörmətsizlik olmuşdur, qətiyyətlə pislənib. Bu mənzərə xalqın iman və dini kimliyini hədəf alan “yumşaq müharibənin” davamını təsdiqləyir. 

Paytaxt Sənada, Səna Universitetinin üzvləri “Amerika–sionistlərin Qurani-Kərimə təhqirlərinə cavab” adlı geniş yürüş keçiriblər. İştirakçılar yəmənlilərin müqəddəs dəyərlərin təhqirini pisləyən qəti mövqeyini ifadə edərək vurğulayıblar ki, bu cinayətlər təsadüfi hadisələr deyil, İslam ümmətinin imanını və prinsiplərini hədəf alan təşkilatlanmış hücumların bir hissəsidir. 

Yürüşün təşkilatçıları tərəfindən yayılan bəyanatda sionist müharibəsinin bütün formalarına – istər sərt, istərsə də yumşaq – qarşı güclü və şüurlu mübarizənin vacibliyi vurğulanıb, bu cinayətlər qarşısında sükut və laqeydliyin təhlükələrinə diqqət çəkilib və bu hal xalqın izzətini və imanını zəiflədən bir xəyanət kimi qiymətləndirilib. Bəyanatda xalqdan və ziyalılardan, xüsusilə universitet mühitindən, bu cinayətlərə qarşı açıq qəzəb və rədd mövqeyi nümayiş etdirmələri və Qurani-Kərimlə həm əməli, həm də mənəvi bağlılıqlarını gücləndirmələri istənilib. 

Bəyanatda həmçinin yəmənlilərin bütün fitnələri puça çıxarmaq üçün mənəvi, əxlaqi və cihadi baxımdan tam hazırlığının vacibliyi vurğulanıb və onların ordunun yanında növbəti mərhələdə qlobal istibdad qüvvələri ilə qarşıdurmaya hazır olduqları, bu mövqenin iman prinsiplərinin icrası və Seyid Əbdülməlik Bədrəddin əl-Husinin rəhbər göstərişlərinə cavab olduğu təsdiqlənib. 

Əl-Məsira müxbirinin verdiyi məlumata görə, İbb vilayətində İbb Universitetində, bir neçə universitet, fakültə və digər müəssisələrdə, həmçinin Qurani-Kərim Ali Akademiyasında ABŞ-ın Qurana təhqirini pisləmək üçün böyük yürüş və toplantılar keçirilib. Bu tədbirlərdə yayılan bəyanatlar onların Allahın kitabına sarsılmaz bağlılığını təsdiqləyib və Qurana təhqiri bütün İslam ümmətinə birbaşa hücum kimi qiymətləndirib, ABŞ, İngiltərə və İsrail düşmənini bu cinayətlərə görə tam məsuliyyət daşıyan tərəflər adlandırıb. 

İbb vilayətində keçirilən yürüşlərdə iştirakçılar bütün qanuni əməli mövqeləri qəbul etməkdə davamlı olduqlarını, xüsusilə Amerika və İsrail mallarının iqtisadi boykotunu xalqın şüur və məsuliyyətini əks etdirən təzyiq vasitəsi kimi elan ediblər. 

Səda vilayətində isə Səda, Nəzr və Şuara şəhərlərində Qurani-Kərimə dəstək və ABŞ-ın təhqirini pisləmək üçün üç tələbə yürüşü keçirilib. Tələbələr bəyanatlarında sionizmə və onun təcavüzkar layihələrinə qarşı ictimai narazılığın miqyasının genişləndirilməsini tələb ediblər. 

Həccə vilayəti də bütün bölgələrdə geniş tələbə yürüşlərinə şahid olub. Bu yürüşlərdə yayılan bəyanatlarda Qurani-Kərimə müqəddəs İslam mətni kimi bağlılıqlarını vurğulayıblar və ona edilən hər bir təhqiri bütün ümmət xalqlarına qarşı təcavüz kimi qiymətləndiriblər.

4323545

captcha