IQNA

İngilis vətəndaşının müsəlmanlara dəstək üçün təşəbbüsü

10:40 - December 20, 2025
Xəbər sayı: 3499433
İQNA – Bir ingilis vətəndaşı, ölkədəki müsəlman icmasına dəstək məqsədilə, ifrat sağçı qrupların ekstremizminə qarşı maraqlı bir təşəbbüs həyata keçirib.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, bu britaniyalı, ifrat sağçıların İngiltərədə müsəlman icmaları barədə yaratdığı qorxularla mübarizə aparmaq üçün “Nifrət əvəzinə tort” şüarı altında müsəlmanlara qarşı nifrəti azaltmağı hədəfləyən bir təşəbbüsə başlayıb. 

Dan Harris humanitar təşəbbüsünü, Britaniya sosial şəbəkələrində “My Joshy” adı ilə tanınan autizmli oğlu ilə birlikdə həyata keçirib. 

Bu ideya Harrisin ağlına, oktyabr ayının sonunda ifrat sağçı bir şəxsin Peterboro bölgəsindəki məscidə hücum edərək ibadət edənlərə qarşı irqçi ifadələr işlətməsindən sonra gəlib. 

Hadisədən sonra Harris və oğlu həmin məscidi ziyarət edərək, “İfrat sağçılar İngiltərə xalqını təmsil etmir” məzmunlu mesajla birlikdə tort gətiriblər. 

Harris Əl-Cəzirəyə verdiyi müsahibədə bildirib ki, o və oğlu həmin vaxtdan bəri İngiltərədə 20-dən çox məscidi ziyarət ediblər. 

O, gördüyü ictimai həmrəyliyə, oğlunun gördüyü isti qarşılamaya və ibadət edənlərə tort paylamaqdan aldığı böyük sevincə görə məmnunluğunu ifadə edib. 

Harris izah edib ki, təşəbbüsünün məqsədi ifrat sağçıların məscidləri qorxu və narahatlıq mənbəyi kimi göstərmək cəhdini düzəltməkdir. 

O, sözlərinin başqa bir hissəsində deyib: “Bizim və bu kiçik oğlanın təcrübəsi, ifrat sağçıların göstərməyə çalışdığı şeyin tam əksidir.” 

Harris oğlunun məscid ziyarətlərindən aldığı sevincə diqqət çəkərək əlavə edib: “Biz məscidlərə daxil olanda, o, çox vaxt sevinclə hoppanır. O, ayaqqabılarını harada çıxarmaq lazım olduğunu dəqiq bilir və tort paylamağı çox sevir.” 

Harris vurğulayıb ki, bu təşəbbüs İngiltərə xalqına daha çox dözümlü olmağı və müsəlman icması ilə inteqrasiya etməyi göstərib. 

O, təşəbbüsünün bəzi ifrat sağçıların, xüsusilə ifrat sağçı lider Tommy Robinsonun mənfi reaksiyası ilə qarşılandığını açıqlayıb. Robinson X platformasında Harris və oğlunun London Mərkəzi Məscidinə səfərini sərt şəkildə tənqid edib. 

Harris Robinsonun açıqlamalarını pisləyərək əlavə edib: “Xüsusi ehtiyacları olan bir uşağın tənqid və hücum hədəfinə çevrilməsi, onun şəklinin mənfi şəkildə paylaşılması və Robinsonun tərəfdarlarının bizə hücum etməyə təşviq olunması dəhşətlidir.” 

O, eyni zamanda vurğulayıb ki, ifrat sağçıların bu hərəkətləri onu qorxutmur və təşəbbüsünü davam etdirməkdən çəkindirmir. 

4323576

captcha