“İQNA”-nın “Avstraliya bil-ərabi”yə istinadən verdiyi xəbərə görə, Brisben şəhərində bir məscidin divarlarına irqçi yazılar və ağdərililərin üstünlüyünü ifadə edən simvollar yazıldıqdan sonra Avstraliya polisi araşdırmalara başlayıb.
Polisin bildirdiyinə görə, hadisədən sonrakı səhər namazqılanlar bu vandalizm aktını müşahidə ediblər. Divar yazıları islam əleyhinə mesaj və simvollardan ibarət olub ki, bu da qanunla qadağandır.
Kvinslend polisi təsdiqləyib ki, bu hadisə nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirilir və kimdə məlumat və ya təhlükəsizlik kamerasının görüntüləri varsa, istintaqa kömək etməyə çağırılıb.
Görüntülərdə bir şübhəlinin məscidin divarlarına təhqiramiz şüarlar yazaraq hadisə yerindən qaçdığı əks olunub.
Bu arada, rəsmilər divar yazılarının silinməsi və zədələrin bərpası istiqamətində tədbirlər görüblər.
Müsəlman icmasının nümayəndələri hadisəni sərt şəkildə pisləyərək, bunun ictimai həmrəyliyi təhdid etdiyini və birgəyaşayış, qarşılıqlı hörmət dəyərləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıblar. Tanınmış şəxslər və rəsmilər də hadisəni qınayaraq, nifrət təbliğatına qarşı mübarizənin və cəmiyyətin müxtəlif təbəqələri arasında həmrəyliyin təşviqinin zəruriliyini qeyd ediblər.
4324050