IQNA

Yəmənin Ənsarullah rəhbəri:

İsrailin “Somalilənd”i Somalidən ayrı olaraq tanıması İslam ümmətinə qarşı düşmənçilik fitnəsidir

7:28 - December 30, 2025
Xəbər sayı: 3499498
İQNA – Seyid Əbdülməlik Bədrəddin əl-Husi, Ənsarullah hərəkatının rəhbəri bildirib ki, sionist rejimin “Somalilənd”i Somalidən ayrı olaraq tanıması düşmənçilik addımıdır və İslam ümmətinə qarşı düşmənlərin fitnələrinin bir hissəsidir.

“İQNA”-nın “əl-Məsirə”yə istinadla verdiyi xəbərə görə, Ənsarullah hərəkatının rəhbəri bəyanatında vurğulayıb: “Bu təcavüzkar addım sionist rejimin Somalidə möhkəmlənmək və bölgəni hədəfə almaq məqsədi ilə atılıb. Bu, region ölkələrinin parçalanmasını nəzərdə tutan planın bir hissəsidir; plan yalnız Somali ilə məhdudlaşmır, onun açıq başlığı Yaxın Şərqin dəyişdirilməsidir. Buna görə bütün İslam ümməti buna qarşı qüdrətlə dayanmalıdır”.  

Əbdülməlik Husi vurğulayıb: “Sionist rejimin bu addımı mahiyyətcə batildir və heç bir hüquqi və qanuni dəyərə malik deyil; bu, düşmənçilik məqsədləri ilə atılmış təcavüzkar addımdır. Üstəlik, özü heç bir legitimliyə malik olmayan qəsbkar bir varlıq başqalarına necə legitimlik verə bilər”?! 

Ənsarullah rəhbəri deyib: “İsrailin “Somalilənd”i Somalidən ayrı olaraq kimi tanıması düşmənçilik addımıdır və İslam ümmətinə qarşı düşmənlərin fitnələrinin bir hissəsidir. Bu açıqlama Somaliyə və Afrika bölgəsinə qarşı düşmən mövqeyidir, həmçinin Yəməni, Qırmızı dənizi və Qırmızı dənizin hər iki tərəfindəki ölkələri hədəfə alır”. 

O, davam edib: “Bu addımın məqsədi Somalidə bölgəyə zərbə vurmaq üçün baza yaratmaqdır. Sionist plan region ölkələrinin parçalanmasını izləyir və yalnız Somali ilə məhdudlaşmır; onun açıq hədəfi Yaxın Şərqin dəyişdirilməsidir. Bu düşmənçilik hərəkəti İslam ümmətinin hərtərəfli müqaviməti ilə qarşılanmalıdır”. 

Ənsarullah rəhbəri vurğulayıb: “Somalinin bir hissəsinin düşmən İsrailin bazasına çevrilməsinə icazə verməyəcəyik. Somalinin və bölgənin müstəqilliyi və təhlükəsizliyi təhlükə altına düşməməlidir. Qırmızı dəniz sahilindəki ölkələri, ərəb və islam dünyasını İsrailin Somaliyə və digər müstəqil müsəlman ölkələrinə təcavüzünün qarşısını almaq üçün əməli addımlar atmağa çağırırıq. Həmçinin Fələstinə dəstəkdə hər hansı səhlənkarlıq İsrailə digər ölkələrə qarşı fitnələrini həyata keçirmək üçün daha çox fürsət verəcək”. 

Sonda o, məzlum Fələstin xalqına hərtərəfli dəstəyin vacibliyini vurğulayıb. Çünki bu məsələdə hər hansı səhlənkarlıq düşmənə digər ölkələrə qarşı fitnələrini icra etmək imkanı verəcək. Əgər İsrailin təcavüzkar fitnələrinə qarşı qətiyyətli, ciddi və məsuliyyətli şəkildə mübarizə aparılmasa, sionist düşmən bütün region ölkələri üçün təhlükə olacaq. 

4325604

captcha