“İQNA”, “Əl-muslimunə həvləl-Aləm”ə istinadən xəbər verir ki, Osmanlı xüsusiyyətlərini daşıyan İslam irsinin qorunması üçün səylərin birləşdiyini və tarixi şəhərlərin cəlbediciliyinin artdığını göstərən bir hərəkətdə, Albasan bələdiyyə başçısı Gledian Lətifi, Albasan müftisi Şeyx Əcim Duka və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndələri tarixi qala bölgəsində şəhər mərkəzindəki Məlik məscidinin təmir prosesini ziyarət etdilər.
Onlar vurğuladılar ki, bu işlər başa çatmaq üzrədir və məscidin tezlikdə namaz qılanlar və ziyarətçilər üçün açılması gözlənilir.
Albasandakı Məlik məscidi, İslamın Albnaiyanın mərkəzində erkən mövcudluğuna şahidlik edən ən əhəmiyyətli tarixi abidələrdən biridir. Bu məscid nəinki şəhərin ən qədim məscididir, həm də 15-ci əsrin sonlarından etibarən bölgə tarixində əsas bir dövrə aid olan memarlıq abidəsidir. Əsrlər boyu bu məscid ətraf ərazilərə dərin təsir göstərən dini və mədəni mərkəz kimi qalmışdır.
Albasan bələdiyyə başçısı izah etdi ki, Məlik məscidinə ziyarət qala bölgəsində təmir layihəsinin gedişatını nəzarət etmək üçün həyata keçirilmişdir.
O bildirdi ki, bu layihə başa çatmaq üzrədir və əlavə etdi: "Bu məscid tezlikdə qapılarını namaz qılanlara açacaq və bölgənin Osmanlı tarixi və memarlığına marağı olan turistlər və ziyarətçilər üçün əhəmiyyətli bir məqsədə çevriləcək."
Albasan bələdiyyəsi vurğuladı ki, bu layihə dini yerlərə lazımlı diqqət yetirilməsi və eyni zamanda şəhərin mədəni irsinin qorunması vəzifəsindən irəli gəlir. Bu tarixi abidələr təkcə müsəlman icması üçün dini məkanlar deyil, həm də keçmişi indiki zamanla birləşdirən və şəhərin dəyərini onun sakinləri və ziyarətçiləri üçün artıran şəhər mənzərəsinin əsas elementləridir.
Albasan bələdiyyə başçısı bildirdi ki, məscidin təmiri, müəyyən bir şəxsiyyəti, tarixi və mədəni turizm üçün əhəmiyyətli potensialı olan məkan olan qala bölgəsinin dirçəliş layihəsi ilə paralel aparılır. Bu, yerli iqtisadiyyat üçün yeni üfüqlər açır və bu şəhərə Albaniyanın mədəni turizm xəritəsində daha geniş mövcudluq verir.
4330065