“İQNA”, “Əl-Misri əl-Yəvm” qəzetinə istinadən xəbər verir ki, İndoneziya stendi, Qahirənin 2026-cı il Beynəlxalq Kitab Sərgisində 20 ildən sonrakı ikinci iştirakında müxtəlif elmi və dini kitablar təqdim edib.
İndoneziyanın Dini İşlər Nazirliyinin rəsmilərindən biri olan Rəfiqi Əbdüləziz bu barədə bildirib ki, bu tədbirdə müxtəlif elmi kitablar, həmçinin görmə qabiliyyətini itirənlər üçün xüsusi hazırlanmış Brayl əlifbası ilə Quranı və işarə dilində nüsxəsi nümayiş etdirilib. Stenddə təqdim olunan əsərlər yalnız məlumatlandırmaq və nümayiş etdirmək məqsədi daşıyır.
O, “Əl-Misri əl-Yəvm”ə deyib ki, stenddə nümayiş etdirilən elmi kitablar və əlyazmalar, indoneziyalı keçmiş alimlərin ərəb dilindəki töhfələrinin məhsuludur. Müxtəlif elmi nəşrlər və dini kitablar Misirdən və dünyadan olan dini və elmi mövzulara maraqlı auditoriyanın rəğbəti ilə qarşılanıb.
Əbdüləziz əlavə edib ki, Qahirə Beynəlxalq Kitab Sərgisi çox sayda gəncin, xüsusilə tələbələrin iştirakına şahidlik edir ki, bu da onları bütün maraq dairələrində çap olunmuş kitabları oxumağa və araşdırmağa daha çox diqqət yetirməyə təşviq edir.
O, həmçinin bildirib ki, bundan sonra növbəti sərgi dövrlərində də iştirak etməyə çalışacağıq.
Qeyd edək ki, Qahirənin 57-ci Beynəlxalq Kitab Sərgisi 23 yanvar 2026-cı ildə Misirin Beynəlxalq Sərgi Mərkəzində başlayıb və 3 fevral 2026-cı ilə qədər davam edəcək.
"Bir saat oxumağı dayandıran insan əsrlərlə geridə qalar" bu sərginin şüarıdır. Bu tədbirdə 83 ölkədən 1457 nəşriyyat mərkəzi iştirak edir.
4330198