“İQNA”, Səudiyyə rəsmi xəbər agentliyi “VAS”-a istinadən xəbər verir ki, Mali Respublikasının Baş Naziri Abdulla İdris Mayqa və onu müşayiət edən heyət 25 yanvar tarixində Mədinədə Məscidün-Nəbini (s) ziyarət ediblər və Rəsulullahın (s) məzarını salam verib və hörmət göstəriblər. Həmçinin namaz qılıblar.
Bu ziyarət proqramı çərçivəsində Mali Baş Nazirini Məscidun-Nəbinin (s) giriş qapısında bir qrup Səudiyyə rəsmisi tərəfindən qarşılandı.
Əhalisinin təxminən 95%-i müsəlman olan Mali ölkəsi Afrika qitəsinin ən əhəmiyyətli İslam ölkələrindən biri hesab olunur. Mali müsəlmanları bu ölkənin müstəqilliyindən bəri, siyasi, sosial və iqtisadi daxil olmaqla müxtəlif çətinliklərə baxmayaraq, həmişə ölkənin İslami birlik və bütövlüyünü möhkəmləndirməyə çalışmışlar. Buna görə də, müstəqillikdən bəri hökumət siyasətlərinin başında olan Mali hökumətlərinin laik dünyagörüşünə və müxtəlif hökumətlərin gəlişi ilə yaranan siyasi dəyişikliklərə baxmayaraq, İslam dininin ardıcılları cəmiyyətdə sülhü qorumağa, öz birliklərini qorumağa və bu ölkədə İslamın parlaq məşəlini yaşatmağa davam etdilər.

4330478