IQNA

Misirin "Port Səid" 9-cu Beynəlxalq Quran Müsabiqəsi Başlayıb

16:31 - February 01, 2026
Xəbər sayı: 3499665
İQNA – Misirin 9-cu Beynəlxalq Quran Əzbərləmə və Dini İlahi Müsabiqəsi, cümə günü, 30 yanvar 30 ölkənin nümayəndələrinin iştirakı ilə başladı.

“İQNA”, “Qahirə 24”-ə istinadən xəbər verir ki, müsabiqə dünyanın 30 müxtəlif ölkəsindən 42 Quran hafizi və ilahi oxuyanın iştirakı ilə başlayıb. Bu mərhələ, mərhum Misir qarisi Şeyx Mahmud Əli əl-Bənnanın davamlı xidmətlərinə hörmət əlaməti olaraq onun adını daşıyır.

Port Səid əyalətindəki "Salam" məscidində cümə namazının qılınması və bu əyalətin bir sıra meydan və küçələrində müxtəlif Quran oxumaları, ilahilər və dini mahnıların ifa olunması bu yarışın ilk gün proqramı idi.

Rəsmi açılış mərasimi yerli vaxtla saat 18:00-da Misirin Vəqf Naziri Mehəbb Həbşi, Port Səid valisi, Əl-Əzhər rəsmiləri və bir sıra yüksək rütbəli məmurların iştirakı ilə keçirildi və mərasim Misir televiziyası tərəfindən yayımlandı.

Bu tədbir Misir Baş Naziri Mustafa Mədbuli və Port Səid valisinin müavini Əmr Osman tərəfindən dəstəklənir və media fəalı Adil əl-Məsilihi yarışların icraçı direktoru kimi çıxış edir.

Port Səid Quran Müsabiqəsi 2 Fevral 2026-cı il tarixinə qədər davam edəcək və iştirakçılar əzbərləmə, oxuma və ilahi kateqoriyalarında bir-biri ilə rəqabət aparacaqlar.

Bu tədbir Port Səid valiliyinin tam dəstəyi ilə keçirilir və müsabiqə rəhbərləri Misirin beynəlxalq səviyyədə Quran əhlini dəstəkləməkdəki mövqeyinə layiq bir şəkildə tədbiri dəstəkləməyə çalışırlar.

4331302

captcha