IQNA

Misir "Vahid Ümmət və Ortaq Tale" islami dialoq konfransına ev sahibliyi edir

1:52 - February 02, 2026
Xəbər sayı: 3499668
İQNA – Müsəlman Hikmət Sahibləri Şurası, Əl-Əzhərlə əməkdaşlıqla, "Vahid Ümmət və Ortaq Tale" adlı İslam Məzhəbləri Arasında Dialoq Konfransının ikinci sessiyasını 1 və 2 aprel 2026-cı il tarixlərində keçirəcək.

“İQNA”, “Əl-Bavabə”yə istinadən xəbər verir ki, bu İslam konfransında dünyanın hər yerindən bir qrup aparıcı alim, müxtəlif İslam məzhəblərinin rəhbərləri və nümayəndələri, həmçinin müsəlman ziyalılar və mədəniyyət xadimləri bir araya gələcək. Konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəstəyi və Əl-Əzhər Şeyxi Əhməd ət-Tayibin iştirakı ilə keçiriləcək.

Bu konfransın keçirilməsinin məqsədi, fikir məktəbləri və İslam məzhəbləri arasında elmi mübadilə əsaslarını möhkəmləndirmək, onların tarixi və epistemoloji köklərini təhlil etməklə qarşılıqlı stereotipləri düzəltmək və hamı üçün ədalətli və qərəzsiz reallıqlar yaratmaqdır.

Əl-Əzhər Şeyxi Əhməd ət-Tayib vurğuladı ki, Misirin bu vacib beynəlxalq konfransa ev sahibliyi etməsi, İslam dünyasının müxtəlif komponentləri və onun müxtəlif fikir məktəbləri və məzhəbləri arasında ixtilaf və parçalanma yaratmaq məqsədi daşıyan çətinliklər qarşısında İslam ümmətinin birlik və bütövlüyünə sadiqliyindən irəli gəlir.

Bu konfrans, Əl-Əzhər Şeyxinin noyabr 2022-ci ildəki qlobal çağırışı ilə başlayan elmi və mədəni səylərin davamını təmsil edir. Konfrans, İslam ümmətinin komponentləri arasında anlaşma və əməkdaşlıq mədəniyyətini gücləndirmək və ayrı-seçkiliyin, qeyri-müəyyənliyin səbəblərinə müraciət etmək və ortaq çətinliklərlə mübarizə aparmaq üçün əsas yanaşma kimi rasional dialoqu təşviq etmək üçün artan ehtiyac fonunda keçirilir.

Bu konfransın Əbdülfəttah əs-Sisinin dəstəyi ilə keçirilməsi, Misirin İslam dünyasının məsələlərini dəstəkləmək və dialoq və birlikdə tarixi və mərkəzi rolunu təsdiqləyir.

Müsəlman Hikmət Sahibləri Şurası 2014-cü ildə qurulmuş müstəqil beynəlxalq bir qurumdur və mərkəzi ofisi Əbu Dabi şəhərində yerləşir. Şura sülh, dialoq və insanların birgə yaşamasını təşviq etməyə çalışır. Şuranın sədri Əl-Əzhər Şeyxi Əhməd ət-Tayibdir və üzvləri arasında, ağılları, mülayimliyi və müstəqillikləri ilə tanınan və öz icmalarında əhəmiyyətli təsir və nüfuza malik olan bir qrup görkəmli alim, müdrik və tanınmış İslam dünyası şəxsləri daxildir.

4331157

Teqlər: misir ، Vahid Ümmət ، İslam ، konfrans
captcha