“İQNA”, “Yafa”ya istinadən xəbər verir ki, bu beynəlxalq təşkilat yaydığı bəyanatda, Qəzza zolağındakı hazırkı vəziyyəti təhlükəli bir gərginlik yaradılması və atəşkəs müqaviləsinin açıq şəkildə pozulması kimi qiymətləndirib. Həmçinin bu vəziyyətin, sülhün bərqərar edilməsi və ikinci mərhələnin həyata keçirilməsi üçün atılan addımları məhv etməyə yönəlmiş bir cəhd olduğu vurğulanıb.
Bəyanatın davamında, işğalçı rejimin bu cinayətlərin tam məsuliyyətini daşıdığı bildirilərək, beynəlxalq ictimaiyyət, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, işğalçı rejimi məsuliyyətə cəlb etməyə, öhdəliklərini yerinə yetirməyə və ikinci mərhələni həyata keçirməyə çağırılıb.
İslam Əməkdaşlıq Təşkilatı həmçinin bütün keçidlərin açılmasının, geniş humanitar yardımların Qəzzəyə daxil olmasının, İsrail işğalçı qüvvələrinin Qəzzədən çıxmasının, bölgənin yenidən qurulmasına başlanmasının və iki dövlətli həll əsasında siyasi prosesə geri dönülməsinin vacibliyini vurğulayıb.
4331840