IQNA

Misirin Port Səid Beynəlxalq Quran Yarışmalarında Uğuru

5:45 - February 04, 2026
Xəbər sayı: 3499684
İQNA – Doqquzuncu Beynəlxalq Quran hifzi və ilahi yarışması “Port Səid” Misirdə sona çatdı və Misir nümayəndələri hər üç sahədə birinci yer tutdular.

“İQNA”, “Əl-Bəvabə News”a istinadən xəbər verir ki, “Port Səid” Misirdə keçirilən doqquzuncu Beynəlxalq Quran hifzi və ilahi yarışması 2 fevral “Abbasi” məscidində keçirilən yekun mərasimində, Port Səid valisi Mahib Həbşi, Misir vəzifəli şəxsləri, çoxsaylı alimlər və dini və icra nümayəndələrinin iştirakı ilə başa çatdı.

Əhməd Əli Yusif Seyf Quran hifzi sahəsində iki qiraətlə birinci yeri qazandı, Liviyadan İbrahim İdris İbrahim, Səudiyyə Ərəbistanından Cihad Mütəbbə əl-Məliki isə üçüncü yeri əldə etdilər.

Misirdən Xalid Nasir Səbah, gözəl səs sahəsində birinci yeri tutdu və Filippindən Mürşid Saləndab və İraqdan Fələh Zələf hər biri müvafiq olaraq ikinci və üçüncü yerləri qazandılar.

Dini ilahi sahəsində isə Misirdən Məhəmməd Yasir birinci oldu, Mərakeşdən Həmzə əl-Qasimi və Yəməndən Məcd Qəmdan isə müvafiq olaraq ikinci və üçüncü yeri tutdular.

Qeyd etmək lazımdır ki, doqquzuncu Beynəlxalq Quran hifzi və Dini iahi yarışması 30 yanvarda 30 ölkədən 42 iştirakçının qatılımı ilə başladı və bu dövrün adının misirli Quran qarisi Şeyx Mahmud Əli əl-Bəna-nın xatirəsinə verilməsi qərara alındı.

Bu tədbir Port Sid valiliyinin tam dəstəyi ilə həyata keçirildi və yarışmaların təşkilatçıları, Misirin Quran dəstəyindəki beynəlxalq mövqeyinə uyğun şəkildə tədbiri təşkil etməyə çalışdılar.

4332048

Teqlər: misir ، port-səid ، müsabiqə ، quran
captcha