“İQNA”‑nın verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Nəim Qasim, Nimeyi-Şabanda məhdəviyyət düşüncəsinin təbliği və müqavimət yolunda göstərdiyi mühüm fəaliyyətlərə görə Müqəddəs Cəmkəran məscidi tərəfindən “İlin Mehdi‑yavəri” seçildi.
Bu seçim, məzlumların müdafiəsi, istibdadçı axınlara qarşı mübarizə və haqq cəbhəsinin gücləndirilməsi istiqamətində davamlı səylərinə görə həyata keçirilib.
Cəmkəran məscidində “İlin Mehdi‑yavəri”nin təqdimat mərasimi, məhdəviyyət düşüncəsinin dirçəldilməsi və intizar mədəniyyətinin yayılması yolunda fəaliyyət göstərən şəxsiyyətlərin ucaldılması məqsədilə keçirilir. Bu mərasimdə intizar mədəniyyətinin inkişafında təsirli olan şəxslərin rolu təqdir olunur.
Son illərdə İslam dünyasının bir sıra görkəmli şəxsiyyətləri “Mehdi‑yavəri” seçilmişdir. Onların arasında şəhid Seyid Həsən Nəsrullah, Şeyx İbrahim Zəkzaki, Sərdar Hacı Qasim Süleymani, Əbu Mehdi əl‑Mühəndis, Ayətullah Şeyx İsa Qasim, sərdar qazilərdən Əli Fəzli və höccətül‑islam vəl‑müslimin Haşim əl‑Heydəri qeyd edilə bilər.
4332346