IQNA

Ramazan — Mədinə Quran Kompleksində rəqəmsal transformasiya ayı

11:48 - February 18, 2026
Xəbər sayı: 3499774
İQNA – Mədinədəki “Kral Fəhd Quran Çap Kompleksi” Ramazan ayında rəqəmsal fəaliyyətlər sahəsində geniş iştirak edəcəyini və bu istiqamətdə xüsusi proqramlar həyata keçirəcəyini açıqlayıb.

“İQNA”‑nın “Təvasul” portalına istinadən verdiyi məlumata görə, Mədinəyi Münəvvərədə yerləşən Kral Fəhd Quran Çap Kompleksi 1447‑ci hicri qəməri Ramazan ayı boyunca hər gün iki növbədə zəvvarları və müxtəlif heyətləri qəbul edəcək. Bu təşəbbüs Kompleksin Quran‑a xidmət və onun müxtəlif qiraətlər və dillərdə çapı ilə tanışlıq məqsədli qlobal missiyasının davamı kimi həyata keçirilir.

Ziyarətçilər Kompleksə səfərləri zamanı Quranın çap mərhələləri, mətnin dəqiqliklə yoxlanılması və ən yüksək standartlara uyğun şəkildə nəşri ilə tanış olacaqlar. Həmçinin Kompleksin təşəbbüsləri çərçivəsində Allahın Kitabına diqqəti artırmaq məqsədilə ziyarətçilərə Quran nüsxələri hədiyyə ediləcək.

Bununla yanaşı, Mədinə Quran Kompleksi rəqəmsal transformasiya çərçivəsində sosial şəbəkə platformaları vasitəsilə media və rəqəmsal layihəsini həyata keçirəcək. Müxtəlif tədris və maarifləndirici məzmunların təqdim olunması ilə cəmiyyətin müxtəlif təbəqələri arasında Quran elmlərinə dair məlumatlılığın artırılması və Quranla əlaqənin tilavət və təfəkkür yolu ilə gücləndirilməsi hədəflənir.

Layihə bir sıra proqram və təşəbbüsləri əhatə edir ki, onların ən önəmlilərindən biri “Afaq yətədəbbərun” proqramıdır. Bu proqram Quran ayələri üzərində düşünməyi gücləndirmək üçün nəzəri‑fikir məzmunu təqdim edir. Həmçinin 1447‑ci hicri qəməri Ramazan təqvimi — Səudiyyə Ərəbistanının şəhərləri üçün oruc və iftar vaxtlarını əhatə edən təqvim — də yayımlanacaq.

Kompleksin digər Ramazan proqramları arasında nəşrlərin — Quran nüsxələrinin və Quran elmlərinə dair kitabların — təqdimatı, eləcə də Ramazan ayı boyunca Quran xətmlərinin ardıcıl şəkildə izlənməsi məqsədilə təşkil olunan xətm silsilələri yer alır.

Mədinə Quran Kompleksinin Ramazan layihəsi həmçinin duaların paylaşılması, Kompleksin rəsmi nəşrlərinin tanıdılması, bir sıra beynəlxalq dillərə tərcümə olunmuş nəşrlər, ağıllı telefon tətbiqləri, Brayl əlifbası ilə korlar üçün xüsusi təşəbbüslər və Kompleks tərəfindən yayımlanan rəqəmsal elmi kitabları da əhatə edəcək.

4334714

Teqlər: mədinə ، quran ، kompleks ، ramazan ayı
captcha