IQNA

2025-ci ildə Fransada islamofobiyanın kəskin artımı

17:45 - February 21, 2026
Xəbər sayı: 3499789
İQNA – 2025-ci il ərzində Fransada islamofobiya hadisələri 88 faiz artıb.

“İQNA”-nın “Əxbərüş-Şiə”yə istinadən verdiyi məlumata görə, Fransa 2025-ci ildə müsəlmanlara qarşı düşmənçilik aktlarında görünməmiş və narahatedici bir artım qeydə alıb.

Milli Islamofobiya ilə Mübarizə Müşahidə Şurasının illik hesabatı 326 təsdiqlənmiş hadisəni göstərir ki, bu da 2024-cü illə müqayisədə 88 faiz artım deməkdir. Fransadakı Müsəlmanlar Şurasına bağlı olan bu qurumun rəsmiləri bu yüksəlişi “aydın və narahatedici” adlandırıblar.

Hücumların əksəriyyəti üç əsas bölgədə cəmlənib: İl-de-Frans (Paris və ətrafı), Provans–Alp–Koted Azur və Overn–Ron–Alp. Bu hücumlar ciddi fiziki zorakılıq, yanğın, əmlak və məscidlərin dağıdılması kimi fiziki təcavüzlərdən tutmuş, nifrət məktubları və irqçi jestlər kimi açıq təhdidlərə qədər müxtəlif formalar alıb.

Bu kontekstdə Milli Islamofobiya ilə Mübarizə Müşahidə Şurası xəbərdarlıq edib ki, rəsmi rəqəmlər “buzdağının yalnız görünən hissəsi”dir, çünki bir çox dini lider və fərd rəsmi şikayət verməkdən çəkinir; onlar hesab edirlər ki, araşdırmalar çox nadir hallarda konkret nəticələrə gətirib çıxarır.

Hesabat həmçinin qeyd edir ki, Fransadakı Müsəlmanlar Şurasının rəhbərləri 2025-ci il ərzində ölüm təhdidləri alıb və dəfələrlə təhqiramiz mesajlarla üzləşiblər, lakin bu hərəkətlərin müəlliflərinə qarşı heç bir hüquqi tədbir görülməyib.

4335370

Teqlər: islamofobiya ، fransa ، müsəlman ، İslam
captcha