IQNA

Beyrutda təfsir ensiklopediyasının təqdimatı

10:51 - February 28, 2026
Xəbər sayı: 3499841
İQNA – Livanlı alim Seyyid Əli Fəzlullahın təfsir ensiklopediyasının ilk iki cildi Beyrutun “Harə Hərik” bölgəsində keçirilən seminar zamanı təqdim olunub.

“İQNA”-nın “nna‑leb”ə istinadən verdiyi məlumata görə, Beyrutun Harə Hərik bölgəsində yerləşən İmameyn Həsənəyn İslam Mədəniyyət Mərkəzi, Seyyid Əli Fəzlullahın “Əla Hudət‑Tənzil” adlı təfsir ensiklopediyasının ilk iki cildinin təqdimatı münasibətilə Qurani‑Kərim mövzusunda elmi‑fikir seminarı təşkil edib. Bu elmi və mədəni tədbir müasir Quran araşdırmaları sahəsində mühüm bir mərhələ hesab olunur.

Təfsirin rolu və Quranla canlı əlaqə

Seminarın məruzəçilərindən Şeyx Abbas Həllal təfsir fəaliyyətlərinin Quranın qorunması və İslam ümmətinin maarifləndirilməsindəki rolunu vurğulayaraq deyib: Təfsir təkcə intellektual bir fəaliyyət deyil, ilahi mətnin insanın real həyatı ilə əlaqələndirilməsi və düşüncə ilə davranışın formalaşdırılmasında mühüm məsuliyyətdir.

Daha sonra bu iki cildlik təfsir ensiklopediyasının maliyyə dəstəkçisi və nəşriyyat rəhbəri Şəfiq əl‑Musəvi çıxış edərək bildirib ki, bu layihə İmameyn Həsənəyn Mədəniyyət Mərkəzinin Qurani‑Kərimə xidmət etmək və Quranın elmi‑mədəni mühitlərdəki mövcudluğunu gücləndirən təfsir layihələrini dəstəkləmək missiyasının bir hissəsidir.

Müəllifin təcrübəsi və təfsirin formalaşması

Təfsirin müəllifi Şeyx Əli Fəzlullah çıxışında bildirib: Bu təfsir sadəcə bir kitab nəşr etmək layihəsi deyil, uzun illər davam edən praktiki bir təcrübənin məhsuludur və həftəlik təfsir dərsləri ilə başlayıb.

O əlavə edib ki, bu dərslər Quranla birbaşa ünsiyyəti gücləndirmək və onu real həyatla əlaqəli şəkildə anlamaq məqsədi daşıyırdı, sırf akademik və ya nəzəri yanaşmadan uzaq idi.

Livanlı alim qeyd edib ki, layihə mərhum Ayətullahül‑uzma Seyid Məhəmməd Hüseyn Fəzlullahın nəzarəti və istiqamətləndirməsi ilə həyata keçirilib. O, hər bir müfəssiri Quranla özünəməxsus təcrübə yaratmağa təşviq edir, eyni zamanda təfsirdə elmi dəqiqlik və orijinallığın qorunmasını vacib sayırdı.

Şeyx Əli Fəzlullah bildirib ki, təfsir dərsləri zamanı dinləyicilərlə birbaşa ünsiyyət, onların sualları və gündəmə gətirdikləri məsələlər bu təfsirin cilalanmasına və son halına çatmasına mühüm təsir göstərib.

Təfsirin məqsədi

Seyid Əli Fəzlullah çıxışının sonunda vurğulayıb ki, əsas məqsəd Quranın insan həyatında canlı bir mövcudluğa çevrilməsi, şüurun, düşüncənin və davranışın formalaşmasında etibarlı bir mənbə olmasıdır.

4336791

Teqlər: beyrut ، ensiklopediya ، quran ، təfsir
captcha