IQNA

Haşim Əl-Heydəri cihad fətvası verdi

15:53 - March 05, 2026
Xəbər sayı: 3499864
İQNA – Həşdüş-Şəbinin keçmiş müavini Haşim Əl-Heydəri İslam İnqilabının Şəhid Rəhbərinin terror edilməsi ilə bağlı cihad fətvası verdi.

 

 

“İQNA”, İraq mənbələrinə istinadən xəbər verir ki, Həşdüş-Şəbinin keçmiş müavini və İraqın mərcəyi-təqlidlərindən Haşim Əl-Heydəri İslam İnqilabının Şəhid Rəhbərinin terror edilməsi ilə bağlı cihad fətvası verdi.

O, çıxışında qeyd edib: “İranın xaricindəki dünyanın bütün şiə və müsəlmanlarına deyirəm ki, biz öz şərii və tarixi böyük vəzifəmizi qəbul etməliyik. Amerika və İsrail qərb ölkələrinin himayəsi ilə böyük mərcəyi-təqlidlərdən biri, vəliyyi-fəqih, İmam Zamanın (ə.f) naibi və müsəlmanların rəhbərini terror edib. Onun qarşısında sakit qalmaq caiz deyil”.

O, əlavə edib: “İntiqam bir şərii, dini, əqidəvi, əxlaqi və çox mühüm bir insani dəyərdir. İndi bizim mövzumuz vətən, qəbilə, dil, partiya, firqə və təəssübkeşlik deyil, həqiqətdə, mövzu İslam, din, əqidə və haqqullahdır”.

Haşim Əl-Heydəri sözünə belə davam edib: “Utancvericidir ki, İslam dövlətləri Amerika və İsrailin Rəhbərin öz iş yerində terror edilməsi ilə nəticələnən İrana hücumuna qarşı tərəfsiz qalsınlar. Bir halda ki, qarşı tərəf yəni Amerika, İsrail, İngilis və qərb İran İslam Respublikasına zərbə vurmaq üçün bir-birlərilə həmkarlıq edirlər”.

kod

4338434

Teqlər: həşduş-şəbi ، İraq ، iran ، amerika ، cihad
captcha