“İQNA”, “Əl-Məyadin”ə istinadən xəbər verir ki, bu dini rəhbər, iraqlıları və bütün dünyadakı müsəlmanları ABŞ və sionistlərə qarşı cihad əməliyyatları aparmağa çağırıb.
O vurğulayıb ki, bu yolda öldürülən hər kəs şəhid sayılır.
Bundan əvvəl də İraq “Əhd Hərəkatı”nın baş katibi və Haşdüş‑Şəəbinin keçmiş rəsmisi Seyid Haşim əl‑Heydəri video müraciət yayaraq, ABŞ və İsrailin açıq təcavüzünə cavab olaraq cihad fətvası vermiş və qisas çağırışı etmişdi.
O, video mesajında ABŞ və İsrail rejimini Qərblə birlikdə açıq təcavüz törətməkdə ittiham etmiş və bu hücum zamanı “böyük dini rəhbərlərdən birinin və müsəlmanların rəhbərinin” hədəfə alındığını bildirmişdi.
Əl‑Heydəri vurğulamışdı ki, bu cinayət qarşısında susmaq olmaz; qisas almağı dini, şəri, əqidəvi, əxlaqi və insani bir vəzifə adlandırmışdı. O, bunun milli, partiya, etnik və məzhəbi məsələ olmadığını, birbaşa İslam və inanc məsələsi olduğunu qeyd etmişdi.
Hərəkatın baş katibi bəzi İslam ölkələrinin ABŞ və İsrailin İran əleyhinə hücumları qarşısında tutduğu mövqeyi də tənqid etmiş və onların neytrallığını utancverici adlandırmışdı.
4338720