“İQNA”, “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ‑da keçirilən bir sorğunun nəticəsi belədir: “Amerikalıların əksəriyyəti İrana qarşı hərbi hücuma qarşıdır və prezident Donald Trampın Tehranla bağlı siyasətini dəstəkləmir”.
PBS News, NPR və Marist Kolleci tərəfindən aparılan və cümə günü yayımlanan sorğuya görə, amerikalıların 56 faizi İrana hücuma qarşı çıxır.
Sorğunun nəticələri həmçinin göstərib ki, respondentlərin 54 faizi ABŞ‑İsrail və İran arasında artan gərginliklə bağlı Trampın siyasətindən narazıdır.
Fevralın 28‑dən bəri İsrail rejimi və ABŞ İran əleyhinə müharibə başlayıblar ki, bu da yüzlərlə iranlının, o cümlədən “İmam Xamenei, İnqilabın Ali Rəhbəri və yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin” şəhid olmasına səbəb olub. Tehran buna cavab olaraq Təl‑Əvivə raket və dron hücumları həyata keçirib.
İran həmçinin ABŞ‑ın Fars körfəzi ölkələrində, İraqda və İordaniyadakı hədəflərini raket və dronlarla vurub.
4338955