IQNA

Ayətullah Seyid Müctəba Xamenei İran İslam Respublikasının üçüncü rəhbəri oldu

6:58 - March 09, 2026
Xəbər sayı: 3499890
İQNA – Ayətullah Seyid Müctəba Xamenei Xobrəqan Məclisinin seçilmiş üzvləri tərəfindən İran İslam Respublikasının üçüncü rəhbəri seçildi.

“İQNA”, xəbər verir ki, Ali Rəhbərin şəhadətindən bir həftə sonra, Xobrəqan Məclisi Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İran İslam Respublikasının üçüncü rəhbəri kimi təqdim etdi.

Aşağıda Xobrəqan Məclisinin bəyanatının mətni gəlir:

Bismillahir‑rəhmanir‑rəhim

İran İslam Respublikasının əziz və azad xalqına salam və Allahın rəhməti olsun.

Xobrəqan Məclisi, böyük rəhbər Ayətullahül‑uzma İmam Xameneinin (qəddəsallahu nəfsəhuz‑zəkiyyə) şəhadəti münasibətilə başsağlığı verir, həmçinin digər şəhidlərə — xüsusilə Silahlı Qüvvələrin yüksək rütbəli komandirlərinə və Minab şəhərindəki “Şəcərəyi Təyyibə” məktəbinin şagirdlərinə — rəhmət diləyir və ABŞ‑ın cinayətkar hökumətinin və murdar sionist rejimin vəhşi təcavüzünü qətiyyətlə pisləyir.

Bu məclis bildirir ki, Ali Rəhbərin şəhadət xəbəri yayılan kimi, ağır hərbi şəraitə, düşmənin birbaşa təhdidlərinə və Xobrəqan Məclisinin katibliyinin bombalanmasına baxmayaraq — hansı ki, bir neçə əməkdaşın və mühafizə heyətinin şəhadətinə səbəb oldu — rəhbərin seçilməsi prosesində bir an belə tərəddüd edilmədi.

Konstitusiyanın və daxili nizamnamənin tələblərinə uyğun olaraq, fövqəladə iclasın keçirilməsi və yeni rəhbərin seçilməsi üçün zəruri tədbirlər dərhal görülmüşdür. Ölkənin müxtəlif bölgələrində olan nümayəndələrin toplanması üçün lazımi koordinasiya həyata keçirildi ki, Konstitusiyanın 111‑ci maddəsində nəzərdə tutulan müvəqqəti şura formalaşdıqdan sonra ölkə rəhbərsiz qalmasın.

Xobrəqan Məclisi, Qeybət dövründə Vilayəti‑Fəqihin yüksək məqamını və rəhbərliyin həyati əhəmiyyətini nəzərə alaraq, 47 illik müdrik və izzətə, müstəqilliyə və qüdrətə əsaslanan rəhbərliyi ehtiramla yad edir. Bu iki ilahi və xalq rəhbərinin xatirəsini uca tutur.

Bu məclis geniş və dəqiq araşdırmalardan sonra, Konstitusiyanın 108‑ci maddəsinin imkanlarından istifadə edərək, şəri vəzifə və Allah qarşısında məsuliyyət hissi ilə, bu gün keçirilən fövqəladə iclasda Ayətullah Seyid Müctəba Hüseyni Xameneini (həfizəhullah) Xobrəqan Məclisinin qəti rəyi ilə İran İslam Respublikasının üçüncü rəhbəri olaraq seçib və təqdim edir.

Sonda, Konstitusiyanın 111‑ci maddəsinə əsaslanan Müvəqqəti Şuranın üzvlərinə təşəkkür edir, İran xalqını — xüsusilə elm və fikir sahiblərini — yeni rəhbərlə beyət etməyə və vilayət ətrafında birliyi qorumağa çağırır. Bu böyük xalq və ölkə üçün Allahın davamlı lütf və inayətini diləyir.

Vəssəlamu aleykum və rəhmətullahi və bərakətuhu 

Xobrəqan Məclisinin Katibliyi 

1404/12/17

4339300

captcha