IQNA

Hizbullahın Şəriət Şurasının rəhbəri:

Vilayət xətti heç vaxt tərk olunmayacaq

2:58 - March 10, 2026
Xəbər sayı: 3499895
İQNA – Hizbullahın Livandakı Şəriət Şurasının rəhbəri bir bəyanat yayaraq İran İslam İnqilabının rəhbərinin şəhadətinə başsağlığı verdi və vurğuladı ki, vilayət və müqavimət yolu davam edəcək, Hizbullah isə ilahi vədənin gerçəkləşməsinə qədər bütün döyüş meydanlarında dayanacaq.

“İQNA”, “Əl-Əhd”ə istinadən xəbər verir ki, Şeyx Məhəmməd Yəzbek, Ayətullah Seyid Əli Xameneinin şəhadətindən sonra yaydığı bəyanatda bu böyük itkini dünya müsəlmanlarına və məzlumlarına başsağlığı verdi.

Bəyanatda bildirilir ki, İmam Xamenei ömrü boyu Sahib‑əz‑Zamanın (ə.f) zühuruna hazırlıq üçün çalışdı və öz şəhadəti ilə İslam ümməti və dünya azadlıqsevərləri üçün bərpaolunmaz bir itki yaratdı.

Şeyx Yəzbek əlavə etdi ki, İmam Xamenei elm, cihad və İslama və İslam İnqilabına sədaqətin kamil nümunəsi idi və daim müqaviməti və döyüşçüləri dəstəkləyirdi.

Hizbullahın Şəriət Şurasının rəhbəri şəhid rəhbərin şəxsiyyətinin ucalığına işarə edərək yazdı:   “Bizim əhdimiz budur ki, vilayət xəttindən heç vaxt uzaqlaşmayaq və bütün gücümüz, iradəmiz və qətiyyətimizlə onun bizə göstərdiyi yolu bütün müqavimət meydanlarında davam etdirək ki, haqq dövləti bərqərar olsun.”

Şeyx Yəzbek bəyanatının davamında İmam Xameneinin şəhadətini onun “cihad məhrabına yetişməsi” və peyğəmbərlərin və məsum imamların (ə) yolunun davamı kimi təsvir etdi və vurğuladı ki, vilayət yoluna sevgi və sədaqət döyüşçülərin və onun davamçılarının qəlbində yaşayacaq.

Bəyanat, İnqilab rəhbərinin şəhadətini İslam dünyası üçün böyük bir müsibət adlandırır və xüsusilə zalımlara qarşı mübarizədə, məzlumların izzət və təhlükəsizliyinin qorunmasında cihad və müqavimət yolunun davam etdirilməsinin vacibliyini vurğulayır.

4339018

Teqlər: vilayət ، hizbullah ، livan ، iran
captcha