“İQNA”-nın “Əlyəvm”ə istinadən verdiyi xəbərə görə, bu məscid əsrlər boyu adanın sakinləri üçün dini və ictimai bir mərkəz olub və insanlar burada namaz qılmaq və dini mərasimləri yaşatmaq üçün toplaşıblar.
Tabut məscidi yerli icmanın gündəlik həyatı ilə bağlı simvollardan biridir və onun inşası təxminən 300 il əvvələ gedib çıxır.
O vaxtdan bəri bu məsciddə namaz qılınması davam edib və bu ibadət məkanı bölgədə dini həyatın inkişafının canlı şahidi olub.

Məscidin memarlıq üslubu ənənəvidir və o, adanın sahil təbiətini əks etdirən daş və palçıqdan (torpaqdan) tikilib. Sadəlik və ətraf mühitlə uyğunluq bu tikilinin əsas xüsusiyyətlərindəndir.
Bu məkan əsas namaz zalından ibarətdir və burada bir-birinə bənzər üç günbəz, qadınlar üçün ayrıca məscid hissəsi, sanitar qovşaqları və cənub, qərb və şərq istiqamətlərində yerləşən üç əsas giriş mövcuddur ki, bu da namaz qılanların giriş-çıxışını asanlaşdırır.

Məscidin ümumi sahəsi təxminən 523 kvadratmetrdir. Genişləndirmədən əvvəl burada 106 nəfər ibadət edə bilirdi, layihədən sonra isə bu say 164 nəfərə çatdırılıb.
4339732