IQNA

Quranda sionizmlə mübarizənin təhlili / 6

Müharibədə düşmənin geri çəkilməsi – Fəth surəsində qəti ilahi vəd

2:28 - March 16, 2026
Xəbər sayı: 3499937
İQNA – Qurani‑Kərim Fəth surəsində təmin edir ki, əgər düşmən hücum etsə və möminlər sabitqədəm qalsalar, ilahi sünnə düşmənin geri çəkilməsidir.

Qurani‑Kərim Fəth surəsinin 22 və 23‑cü ayələrində buyurur: 

“Əgər kafirlər sizinlə vuruşsaydılar, mütləq arxalarını çevirib qaçardılar və sonra heç bir himayəçi və yardımçı tapa bilməzdilər. Bu, Allahın əvvəlcədən keçmiş olan sünnəsidir və Allahın sünnəsində əsla dəyişiklik tapmazsan”.

İlahi sünnə – yəni dəyişməzlik və qətiyyət deməkdir. Ayənin davamında vurğulandığı kimi, bu sünnə dəyişməyən bir qanundur. Yəni Allah‑Təala bizə təminat verir ki, əgər düşmən sizə hücum etsə və siz qaçmasanız, ilahi sünnət budur ki, onlar mütləq geri çəkiləcəklər. Bu, bütün döyüşlərdə keçərli olan ümumi bir qaydadır.

Əlbəttə, əgər hücumu möminlər başlatsalar, ilahi sünnə qəti zəfər vəd etmir; yəni yardım var, amma tam zəfər zəmanəti yoxdur. Lakin düşmən hücum edərsə, bu ilahi qanun mütləq işləyir. Ayədə də diqqətlidir: “düşmən məğlub olacaq” demir, “geri çəkiləcəklər” buyurur.

Əhzab döyüşündə möminlər kafirlərin birləşib hücum etdiyini görəndə dedilər ki, bu, Allah və Rəsulunun bizə vəd etdiyi şeydir və Allah və Rəsulu doğru buyurmuşdur: 

“Möminlər əhzab ordularını gördükdə dedilər: Bu, Allahın və Rəsulunun bizə vəd etdiyi şeydir. Allah və Rəsulu doğru buyurdu. Bu isə onların imanını və təslimiyyətini daha da artırdı” (Əhzab, 22).

Beləliklə, möminlər Allah və Rəsulunun vədlərinin mütləq gerçəkləşəcəyinə inanırlar və bu vədlərin həyata keçməsi onların imanını daha da artırır.

captcha