“İQNA”-nın Moskvadakı İran səfirliyinə istinadən verdiyi xəbərə görə, hər il olduğu kimi, Ramazan çadırında keçirilən “İran gecəsi” bu il də Ramazanın son cüməsinə təsadüf edib və iştirakçılar Qəzza və Fələstin şəhidlərini anmaqla yanaşı, İran xalqının ABŞ və İsrailin hücumlarına qarşı mübarizəsində qələbə diləyiblər.
Tədbirdə İranın səfiri Kazım Cəlali, Rusiyanın Müsəlmanlar Dini İdarəsinin birinci müavini, eləcə də rus ictimai xadimləri və şiə–sünni müsəlmanlar iştirak ediblər. Kazım Cəlali çıxışında Qüds günündə İran xalqının milyonlarla nəfərlik yürüşünə toxunaraq bildirib ki, təcavüzkar düşmən heç vaxt İran xalqını diz çökdürə bilməz.
O, İslam İnqilabının rəhbərinin və bir qrup vətəndaşın son hücumlarda şəhid edilməsini xatırladaraq vurğulayıb ki, İran xalqı zillət və şəhadət arasında seçim edərkən İmam Hüseynin (ə) yolunu seçib və şəhid rəhbərinin yolunu davam etdirəcək.
Səfir əlavə edib ki, düşmənin rəhbərliyə qarşı terrorla ölkənin nizamını pozmaq cəhdi uğursuzluğa düçar olub və İran, Rusiya dövləti və xalqının həmrəyliyinə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, hər iki ölkə müstəqillik və suverenliklərini qorumaq üçün eyni cəbhədə mübarizə aparır.
Rusiyanın Müsəlmanlar Dini İdarəsinin birinci müavini də İranın məzlumların müdafiəsindəki sadiqliyini yüksək qiymətləndirib və Ayətullah Xameneinin şəhadətinə başsağlığı verib.
Rusiyalı siyasi fəal Maksim Şevçenko isə İranı “mütləq şərin qüvvələrinin hədəfi” adlandıraraq, bu ölkənin parlaq müqavimətini tərifləmiş və son qələbənin İran xalqına məxsus olacağını bildirib.
Tədbirdə həmçinin şəhid inqilab rəhbəri və Minab məktəbinin şəhid şagirdləri haqqında videoçarxlar nümayiş etdirilib və bu, mərasimə hüznlü bir ab-hava qatıb.
4341160