“İQNA”-nın “CNN”-ə istinadla verdiyi xəbərə görə, ABŞ Konqresinin üzvü Trampın İsrail rejiminin İranın “Cənubi Pars” qaz yatağına hücumu barədə məlumatı olmadığını iddia etməsinə cavab olaraq X sosial şəbəkəsində yazıb: “Allah hamımıza rəhm etsin! Bu adam (Tramp) bacarıqsız və dəlidir.”
Tramp bundan əvvəl yalan şəkildə iddia etmişdi ki, ABŞ İsrail rejiminin Cənubi Pars qaz yatağının bir hissəsinə etdiyi hücumdan xəbərsiz olub.
Sonradan sionist mənbələr Trampın iddiasının əksinə olaraq açıqlayıblar ki, Cənubi Pars yatağına hücum Ağ Evin tam məlumatı və koordinasiyası ilə həyata keçirilib və Tramp bu əməliyyatdan əvvəlcədən xəbərdar olub.
İlhan Omar ABŞ və İsrail rejiminin İrana qarşı hərbi təcavüzünün əleyhinə çıxıb və bunu qeyri-qanuni müharibə adlandırıb.
Bu demokrat nümayəndə daha əvvəl X hesabında Trampın cinsi cinayətkar Epşteynin korrupsiya işi ilə bağlı roluna reaksiya verərək yazmışdı: “Tramp pedofil qrupunun lideridir.” Onun sözlərinə görə, həmin işdə Trampın adı 38 min dəfə çəkilib.
ABŞ və İsrail rejiminin İran İslam Respublikasına qarşı birgə hərbi təcavüzü 1404-cü ilin 9 Esfəndi (2026-cı il 28 fevral) səhər saatlarından başlayıb. Bu addım İran və ABŞ arasında bəzi region ölkələrinin vasitəçiliyi ilə aparılan dolayı danışıqların davam etdiyi bir vaxtda atılıb.
İran İslam Respublikası bu birgə hərbi təcavüzün başlanmasından sonra bu addıma qarşı qəti, hədəfli və mütənasib cavab verib. Bu qanuni cavab çərçivəsində işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində İsrail rejiminin hərbi və təhlükəsizlik mövqeləri, həmçinin regionda ABŞ qüvvələrinin bazaları və yerləşmə mərkəzləri dəqiq raket, pilotsuz uçuş aparatı və hava hücumları ilə hədəfə alınıb.
Sionist rejimin Cənubi Pars qaz obyektlərinə hücumundan sonra İran, cavab tədbiri olaraq, regionda ABŞ maraqları ilə əlaqəli bəzi enerji obyektlərinə qarşı qarşılıqlı hücum həyata keçirməyi qərara alıb.
4341894