“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Məmdani yerli vaxtla cümə axşamı yayımladığı Novruz mesajında deyib: “Nyu-Yorku öz evi hesab edən bütün iranlı-amerikalılara Novruz mübarək!”
Nyu-Yorkun ilk müsəlman meri əlavə edib: “Novruz adətən xoş hisslərlə dolu bir zamandır, lakin bu il vəziyyət fərqlidir. Mən bu müharibənin əleyhinəyəm və bu xüsusi bayramı qeyd edən bütün iranlılara çoxlu xoş anlar arzulayıram.”
Məmdani bundan əvvəl də ABŞ və İsrail rejiminin İrana qarşı hərbi təcavüzünü “qanunsuz və fəlakətli nəticələrə malik”, o cümlədən mülki şəxslərə zərər vuran bir addım kimi qiymətləndirmişdi.
4342008