“İQNA”-nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının keçmiş diplomat və Xarici İşlər Nazirliyinin sabiq müşaviri Salim əl‑Yami bəyan edib ki, Fars körfəzi ölkələri, xüsusilə də Riyadın rəhbərliyi altında, İranla münasibətlərində təmkin siyasəti yürüdür və birbaşa hərbi qarşıdurmaya girmək niyyətində deyillər.
O əlavə edib: “Region ölkələri vəziyyət gərginləşməzdən əvvəl belə fəal diplomatik və siyasi səylər göstərirdilər, lakin danışıqlar zamanı Tehranın sərt mövqeyi və ABŞ-la qarşılıqlı anlaşmanın olmaması gərginliyin artmasına səbəb oldu.”
Əl‑Yami vurğulayıb: “Fars körfəzi ölkələri təmkin yolunu seçiblər və İranla birbaşa hərbi qarşıdurmaya girməyəcəklər.”
O ABŞ barədə bildirib ki, Fars körfəzi ölkələri Vaşinqtona qarşıdurmanın davam etməsinin nəticələri barədə xəbərdarlıqlar çatdırıblar və hələ də onun tezliklə sona çatmasının vacibliyini vurğulayırlar.
4342877