“İQNA”-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, Tramp, İran İslam Respublikasının ciddi xəbərdarlıqları qarşısında, Çərşənbə günü səhər saatlarında bildirib ki, İranın enerji infrastrukturuna və elektrik stansiyalarına olan hücumları iki həftə daha təxirə salıb.
O, "Truth Social" sosial şəbəkəsində verdiyi bəyanatda belə yazıb: "Pakistan Baş naziri Şahbaz Şəriflə apardığım danışıqlara əsasən, o, mənim bu gecə İran üzərinə göndəriləcək gücü dayandırmağımı xahiş etdi və İranın Hörmüz boğazını tamamilə, dərhal və təhlükəsiz şəkildə açmağa razılaşması şərti ilə, mən İran üzərinə hücumları və bombardmanları iki həftəlik təxirə salmaq qərarına gəldim."
ABŞ Prezidenti əlavə edib: "Bu, qarşılıqlı atəşkəs olacaq! Bunun səbəbi odur ki, biz artıq bütün hərbi hədəflərə çatmışıq və onlardan daha irəli getmişik. Lakin uzunmüddətli sülh barədə yekun razılaşmaya çatmaq hələ çox yol var."
Tramp yazıb: "Biz İranın 10 maddəlik təklifini aldıq və bunun danışıqlar üçün əməli bir təməl olduğunu düşünürük. ABŞ və İran arasındakı əvvəlki mübahisələrin əksəriyyəti artıq razılaşdırılıb, amma iki həftəlik dövr bu razılaşmanın tamamlanması və sona çatması üçün şərait yaradacaq. ABŞ Prezidenti olaraq və Orta Şərq ölkələri adından bu uzun müddət davam edən problemin həll olunmasına yaxın olmaqdan qürur duyuram."
Bu kontekstdə CNN iddia edib ki, Ağ Evdən yüksək rütbəli bir nümayəndə, İsrailin də iki həftəlik atəşkəsə qoşulmağa razı olduğunu bildirib.
4345107