IQNA

Dünyanın katolik liderinin müharibənin tamamilə sona çatması üçün çağırışı

11:57 - April 09, 2026
Xəbər sayı: 3500109
İQNA – Katoliklərin dünyadakı lideri Papa Leo XIV, İran və ABŞ arasında iki həftəlik atəşkəsə alqışlayaraq müharibənin tamamilə sona çatması üçün çağırış edib.

“İQNA”-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, katoliklərin lideri Papa Leo XIV, bu gün Çərşənbə günü, İran və ABŞ arasında iki həftəlik atəşkəs barədə razılaşmanı alqışlayıb və müharibənin tamamilə sona çatması üçün danışıqların davam etməsini istəyib.

O, Donald Trampın İran xalqına qarşı təhdidlərini "qəbuledilməz" olaraq qiymətləndirərək, iki həftəlik atəşkəsi müharibənin sona çatdırılması üçün alqışlayıb.

Son həftələrdə ABŞ və İsrailin İran əleyhinə hərbi müdaxiləsini sərt şəkildə tənqid edən Leo, atəşkəsi alqışlayaraq, "bu regional münaqişənin tamamilə dayandırılması üçün davamlı danışıqlar"ın vacibliyini vurğulayıb.

Amerikanın ilk papaı olan Leo, həftəlik çıxışında dedi: "Son saatlarda Orta Şərq və ümumilikdə dünya üçün böyük gərginlik olduğunu nəzərə alaraq, dərhal iki həftəlik atəşkəs elan edilməsini məmnuniyyətlə alqışlayıram." O, əlavə edib: "Yalnız danışıqlara geri dönməklə müharibəni sona çatdırmaq olar."

Reuters yazır ki, seçilmiş sözləri ilə məşhur olan Leo, ABŞ və İsrailin İran əleyhinə müharibəsi ilə bağlı tənqidlərini gücləndirib.

Vatikanda rəhbər olan və ABŞ-da doğulmuş ilk papa sayılan Leo, son həftələrdə müharibə və sülh məsələlərində daha açıq mövqe tutub.

O, bazar günü Pasxa mesajında da vurğulayıb: "Silahları əllərində tutanlar onları yerə qoysun və müharibə başlatma gücünə sahib olanlar sülh yolunu seçsinlər; sülh, güc vasitəsilə yox, dialoq yolu ilə əldə edilməlidir."

4345242

Teqlər: papa ، katolik ، müharibə ، iran
captcha