IQNA

Papanın bölgədəki qarşıdurmaların həlli üçün dialoq çağırışı

19:34 - April 13, 2026
Xəbər sayı: 3500143
İQNA – Katolik dünyasının rəhbəri, Papa XIV Leo hərbi əməliyyatların sülhə gətirib çıxarmadığını vurğulayaraq, problemlərin həlli üçün dialoqa çağırıb.

“İQNA”-nın məlumatına görə, Papa XIV Leo bu gün – 21 aprel, cümə günü – sosial şəbəkə “X”də paylaşdığı bir sıra yazılarda Qərbi Asiyadakı vəziyyət barədə danışaraq bildirib: “Şərqdəki xristianların müqəddəs məkanlarında mənasız və qeyri‑insani zorakılıqlar sürətlə yayılır.”

Əl‑Cəzirə telekanalının yazdığına görə, o vurğulayıb: “Heç bir səbəb günahsız insanların qanının axıdılmasını əsaslandıra bilməz.”

Papa əlavə edib: “Hər kəs ki, Məsihin ardıcılıdır, heç vaxt dünən əlində qılınc tutan, bu gün isə bomba atanların yanında ola bilməz.”

O, çıxışının sonunda bildirib: “Hərbi əməliyyatlar sülh üçün zaman yaratmayacaq” və dialoqla yanaşı dinc‑yanaşı yaşamağa çağırıb.

4345685 

Teqlər: papa ، dialoq ، katolik ، sülh
captcha