IQNA

BMT baş katibinin İran və ABŞ arasında danışıqların davam etdirilməsi çağırışı

15:37 - April 15, 2026
Xəbər sayı: 3500160
İQNA – BMT-nin baş katibi İran və ABŞ arasında danışıqların yekun razılaşmaya qədər davam etdirilməsini istəyib.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, BMT baş katibi çərşənbə günü Nyu-Yorkda jurnalistlərə bildirib: “Bu böhran üçün hərbi həll yolu yoxdur. Sülh razılaşmaları davamlı qarşılıqlı əlaqə və siyasi iradə tələb edir.”

O vurğulayıb: “Ciddi danışıqlar bərpa olunmalıdır. Atəşkəs qorunmalı və lazım gəldikdə uzadılmalıdır.”

Quterreş qeyd edib: “İran və ABŞ arasında bu danışıqların davam etməsini zəruri hesab edirəm. ABŞ və İran arasında uzunmüddətli və mürəkkəb problemlərin ilk görüşdə həll olunacağını düşünmək ‘realist olmaz’.”

BMT baş katibi əlavə edib: “Bizə danışıqların davam etməsi lazımdır və danışıqlar davam etdiyi müddətdə atəşkəsin qüvvədə qalmasına ehtiyac var.”

Quterreş həmçinin bu gün – çərşənbə günü Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə apardığı söhbətə istinad edərək jurnalistlərə bildirib ki, ABŞ və İran arasında danışıqların bərpa olunması “çox ehtimal olunur”.

BMT baş katibi Pakistanın Yaxın Şərqdə sülhün bərqərar edilməsinə yardım təşəbbüsünü də alqışlayıb.

Quterreş vurğulayıb: “İndi təmkin və məsuliyyət vaxtıdır. İndi gərginliyin artırılmasından daha çox diplomatiyaya üstünlük vermək və beynəlxalq hüquqa yenidən sadiqlik nümayiş etdirmək zamanıdır.”

4346481

captcha