IQNA

2026‑cı ilin ilk dörd ayında həyata keçirildi

Mədinə Quran Kompleksinə 420 mindən çox ziyarətçi baş çəkib

12:56 - April 16, 2026
Xəbər sayı: 3500162
İQNA – Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən Kral Fəhd Quran Çapı və Nəşri Kompleksi 2026‑cı ilin ilk dörd ayında ziyarətçilərin və ümrə zəvvarlarının sayının 420 mindən çox olduğunu açıqlayıb.

“İQNA”, “Əhval xəbər agentliyinə istinadən xəbər verir ki, kompleks cari ilin ilk dörd ayında 420 mindən artıq ziyarətçi qəbul edib və bu rəqəm kompleksin açılışından bəri qeydə alınan ən yüksək orta göstərici olub.

Ziyarətlərin artması Mədinəyə gələn zəvvar və ümrə edənlər üçün tarixi və dini məkanlara xüsusi səfər proqramlarının həyata keçirilməsi çərçivəsində baş verib. Bu proqramlar Quran xidmətləri, eləcə də vəhy kəlamının çapı və nəşri sahəsində kompleksin fəaliyyətini yaxından tanımaq istəyənlər üçün təşkil olunub.

Ziyarətçilər kompleksdə nəşr olunan geniş çeşidli əsərlərlə, o cümlədən Qurani‑Kərimin müxtəlif dillərdəki tərcümələri və müxtəlif qiraət variantları ilə tanış olublar.

Quranın çap və nəşr mərhələləri — çap üçün hazırlıqdan tutmuş ən yüksək texniki standartlara və müasir texnologiyalara əsaslanan son istehsala qədər — ziyarət proqramının digər mühüm hissələrindən biri olub.

Proqram ziyarətçilərə Quran nüsxələrinin hədiyyə edilməsi ilə müşayiət olunub və bu, Səudiyyə Ərəbistanının Allahın kitabının yayılmasına və onunla bağlılığı gücləndirməyə verdiyi önəmi göstərib. Ziyarətçilər arasında dərin mənəvi və idraki təsir yaratdığı da bildirilib.

4346193

Teqlər: mədinə ، quran ، kompleks ، ərəbistan
captcha