IQNA

Fələstin tərəfdarı fəal Məhdiyyə İsfəndiyari İrana daxil oldu

15:10 - April 17, 2026
Xəbər sayı: 3500167
İQNA – Fələstin xalqının hüquqlarını müdafiə edən fəal Məhdiyyə İsfəndiyari Fransada həbsdən azad edildikdən sonra “Razi” quru sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olub.

“İQNA”-nın “əl-Aləm”ə istinadən verdiyi məlumata görə, Məhdiyyə İsfəndiyari – Fələstin xalqının hüquqlarını müdafiə edən fəal – Fransada həbsdən azad edildikdən sonra Qərbi Azərbaycan vilayətində yerləşən Razi sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olub.

İsfəndiyari, Fransada yaşayan iranlı tələbə, bundan əvvəl Qəzza xalqının müqavimətinə dəstək verdiyi üçün bu ölkənin polisi tərəfindən saxlanılmışdı.

Onun azadlığa buraxılması Tehran və Paris arasında əldə olunan anlaşmadan sonra baş verib. Bu razılaşmaya əsasən, Fransa hökuməti casusluqda ittiham olunan iki fransız vətəndaşının azad olunması müqabilində Məhdiyyə Əsfəndiyariyə tam azadlıq verməyi və həmçinin İran əleyhinə Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı şikayəti geri götürməyi öhdəsinə götürüb.

İsfəndiyari ölkəyə daxil olduqdan sonra etdiyi çıxışda bildirib ki, “xalqımız müqavimət göstərən bir xalqdır” və o, İran xalqına və dünyanın bütün azad insanlarına İran İslam İnqilabının Ali Rəhbərinin şəhadəti münasibətilə təbrik və təsəlli verib.

O, söz azadlığı ilə bağlı suala cavabında deyib: “Düşünürəm ki, ən azı mənim olduğum Fransada söz azadlığının olmadığı hamıya aydındır. Məhkəmənin hökmü çox ədalətsiz idi, mənə məhdudiyyət qoydular və məni girov kimi saxladılar ki, öz iki casusları Fransaya qayıtsın. Elə həmin gün bu məhdudiyyət ləğv olundu və biz səfər üçün hazırlıqlara başlaya bildik.”

Məlumata görə, 1404-cü ilin 7 İsfənd tarixində Paris Cinayət Məhkəməsi bu İran vətəndaşı barədə belə hökm çıxarıb: 26 fevral 2026-cı il tarixli qərara əsasən, Məhdiyyə İsfəndiyari “7 oktyabr hadisələri ilə bağlı terror əməlini açıq şəkildə təqdir etmək”, “terror əməlini törətməyə onlayn birbaşa təşviq”, “mənşə, etnik mənsubiyyət, milliyyət, irq və ya dinə əsaslanan açıq təhqir” və “cinayətkar təşkilatda iştirak” ittihamları ilə məhkum edilib.

Məhkəmə ona bir il müddətinə qəti (icra olunan) həbs cəzası və Fransaya daxil olmaq və orada yaşamaq hüququndan daimi məhrumetmə hökmü verib.

Nəticədə, məhkəmə ittihamnamənin bir hissəsini qəbul edərək bir il qəti həbs cəzası və Fransadan daimi çıxarılma hökmünü təsdiqləyib.

4346521

Teqlər: fransa ، iran ، fələstin ، Qəzza xalqı
captcha