“İQNA”-nın xəbərinə görə, Melenşon Fransanın LCI kanalına verdiyi müsahibədə bildirib ki, "İsrail regionda hərbi gərginliyi artırmağa çalışır və soyqırım sayılan əməllər törədir".
Melenşon vurğulayıb ki, onun sözləri İsrailin mövcud hökumətinə ünvanlanıb. Bu çərçivədə Melenşon BMT-nin hərbi rəsmisi ilə etdiyi söhbəti də xatırladıb - həmin söhbətdə İsrail Livana hücum edərsə, BMT qüvvələrinin mövqeyinin nə olacağını soruşduğunu bildirib.
Melenşonun sözlərinə görə, cavab belə olub: "Geri çəkilmək əmri verilib". Melenşon bu mövqeyi kəskin tənqid edərək sülhməramlıların çıxarılmasını onların mandatının prinsiplərinə zidd hesab edib. O, onların rolunun münaqişə tərəflərini ayırmaq olduğunu, münaqişə zonalarından geri çəkilmək olmadığını bildirib və əlavə edib ki, Fransa öz əsgərlərinə hücuma dözməyəcək və eyni qaydada cavab verəcək.
Melenşon həmçinin mətbuat açıqlamalarında Qəzzanın mühasirəsini qırmaq məqsədi ilə hərəkət edən "Əs-Sumud" dəniz karvanının iştirakçıları ilə həmrəyliyini bildirib. Melenşon bildirib ki, bu karvanın bəzi iştirakçıları Yunanıstana transfer olunduqdan sonra pis rəftara məruz qalıb, digərləri isə gəmi Sionist rejimin hərbi dəniz qüvvələri tərəfindən ələ keçirildikdən sonra həbs edilib.
Fransalı siyasətçi gəminin ələ keçirilməsini dəniz quldurluğu əməliyyatı olaraq dəyərləndirib və bunun heç bir icazə və ya qanuni əsas olmadan edildiyini bildirib.
Melenşon həmçinin sionist rejimin həbsxanalarında olan təxminən 10 min fələstinli əsirin vəziyyətinə diqqət yetirilməsinin vacibliyini vurğulayaraq deyib: "Bu əsirlər faşist və irqçi dövlət həbsxanalarında çətin şəraitdə saxlanılırlar."
"Fransa təslim olmayan" (La France Insoumise) partiyasının lideri sonda vurğulayıb: "Fələstinli əsirlərin hüquqlarının müdafiəsi bizim siyasi mövqelərimizin və fəaliyyətimizin əsas hissəsi olaraq qalacaq."
4351114