IQNA

Pakistan növbəti danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqladı

17:04 - May 24, 2026
Xəbər sayı: 3500400
İQNA – Pakistanın baş naziri bildirib ki, İslamabad sülhün bərqərar olması üçün səylərini davam etdirəcək və əlavə edib ki, danışıqlar fikir mübadiləsi və bölgədə davamlı sülhün təmin olunması üçün sülh təşəbbüslərinin irəliləməsinə imkan yaradıb.

“İQNA”-nın “Əl‑Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Pakistanın baş naziri Şahbaz Şərif bəyan edib: “İslamabad sülh yolunda səylərini davam etdirəcək və ümid edirik ki, yaxın zamanda növbəti danışıqlara ev sahibliyi edəcəyik.”

O vurğulayıb ki, bu danışıqlar bölgədə davamlı sülhün təmin olunması üçün fikir mübadiləsi və sülh təşəbbüslərinin irəliləməsinə şərait yaradıb.

Baş nazir həmçinin Trampın telefon danışığına toxunaraq bildirib ki, Pakistanın nümayəndəsi, feldmarşal Asim Munir ABŞ prezidenti ilə telefon əlaqəsində olub.

Pakistan müdafiə nazirinin açıqlaması

Bu kontekstdə Pakistanın müdafiə naziri Xacə Məhəmməd Asif, Pakistan ordusunun komandanının dünənki Tehran səfərinin başa çatmasına münasibət bildirərək deyib ki, Asim Munir və Mohsin Naqvinin “qardaş İran”a səfəri məsələlərin həll olunmaq üzrə olduğunu və bütün tərəflərin mövcud vəziyyət üçün layiqli bir nəticə hazırladığını göstərir.

O əlavə edib: “Tehrandakı danışıqları müsbət qiymətləndiririk və hesab edirik ki, Yaxın Şərqdə müharibəyə son qoymaq üçün arzuolunan nəticələrə yaxınlaşmışıq.”

Asif vurğulayıb ki, Pakistan vasitəçilik prosesində “yavaş-yavaş müsbət nəticəyə yaxınlaşır”.

Mənbələr: Tehran–Vaşinqton arasında çərçivə razılaşmasının son mərhələsi

Digər tərəfdən, məlumatlı mənbələr əl‑Məyadin kanalına bildiriblər ki, hazırda Pakistanın vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında çərçivə razılaşmasının son mətninin hazırlanması davam edir.

Əl‑Məyadin bu mənbələrə istinadən qeyd edib ki, hazırda müzakirə olunan sənəd iki tərəf arasında “Anlaşma Memorandumu”dur.

Mənbələr əlavə ediblər ki, bu razəlaşmada İranın nüvə proqramı ilə bağlı heç bir maddə yoxdur və əsas diqqət müharibənin dayandırılması və gərginliyin azaldılmasına yönəlib.

razəlaşmanın əsas maddələri

Məlumata görə, razəlaşmanın əsas istiqamətləri bunlardır:

- Hörmüz boğazında gəmiçiliyin hərəkətinin asanlaşdırılması

- ABŞ hərbi donanmasının İran ətrafından çıxarılması

- ABŞ-ın dəniz və hərbi blokadasına son qoyulması

Mənbələr həmçinin bildiriblər ki, bu razılaşma çərçivəsində İranın dondurulmuş vəsaitlərinin yarısının — 12 milyard dolların — azad edilməsi nəzərdə tutulur.

Hesabata görə, çərçivə razılaşması imzalandıqdan sonra nüvə məsələsi ilə bağlı yekun anlaşmaya nail olmaq üçün 30 günlük müddət müəyyən ediləcək.

4353939

Teqlər: pakistan ، amerika ، iran ، sülh
captcha