IQNA

İraqın Dünya Çempionatında Aşura matəmi üçün qara geyim istəyi

10:59 - June 07, 2026
Xəbər sayı: 3500496
İQNA – İraq Futbol Federasiyası FİFA-dan Dünya Çempionatı çərçivəsində Seneqalla keçiriləcək matçda Aşura gecəsi ilə üst-üstə düşdüyü üçün qara rəngli formadan istifadəyə icazə verməsini xahiş edib.

“İQNA”-nın "Əl-Bütula"ya istinadən verdiyi məlumata görə, İraq Futbol Federasiyası simvolik və mənalı bir addım ataraq, Dünya Çempionatı oyunları çərçivəsində öz xalqının mədəni və dini mesajını dünyaya çatdırmaq üçün FİFA ilə rəsmi məsləhətləşmələrə başlayıb.

Elan olunmuş cədvələ əsasən, İraq milli futbol komandasının Seneqalla keçirəcəyi həlledici qarşılaşma Həzrət Əba Abdullah əl-Hüseynin (ə) şəhadət gecəsinə təsadüf edir. Bu baxımdan, İraq Futbol Federasiyası FİFA-ya rəsmi sorğu göndərərək, bu xüsusi matçda üçüncü forma olan qara rəngli formadan istifadə etmək üçün icazə istəyib.

Hüseyni şüarların əziz tutulması və matəm günlərinə ehtiram göstərilməsi məqsədilə qəbul edilən bu qərar regional mediada geniş əks-səda doğurub. İndi FİFA-nın komandaların avadanlıqları və geyimləri ilə bağlı sərt qaydalarını nəzərə alaraq, İraq xalqının milli-dini kimliyinin və sədaqətinin rəmzi olan bu mədəni və emosional istəyə necə reaksiya verəcəyi maraq doğurur.

4356712

captcha