IQNA

İngiltərənin Müsəlman Polislər Assosiasiyası İsrail rejimini terrorçu təşkilat adlandırıb

11:34 - June 08, 2026
Xəbər sayı: 3500501
İQNA – İngiltərədə böyük səs-küyə səbəb olan siyasi bir sənəddə, Müsəlman Polislər Assosiasiyası İsrail rejimini terrorçu təşkilat adlandırıb.

“İQNA”-nın "Əl-Bələd"ə istinadən verdiyi məlumata görə, İngiltərədə Milli Müsəlman Polislər Assosiasiyası (NAMP) tərəfindən dərc olunan siyasi sənəd, anti-israil mövqeyi və narahatedici ifadələri səbəbindən geniş qalmaqala səbəb olub.

İngiltərənin "Daily Mail" qəzetinin məlumatına görə, sonradan internetdən silinən bu sənəddə sionist rejim "sionist terror təşkilatı" kimi xarakterizə edilib, sionizm "müsəlmanlara qarşı nifrətin" bir forması kimi qiymətləndirilib və 7 oktyabr 2023-cü il hücumları ilə bağlı bəzi rəvayətlər şübhə altına alınaraq "əsassız" adlandırılıb.

Sənəddə, həmçinin İsrail-Fələstin münaqişəsini təsvir edərkən "Holokostdan qeyri-düzgün istifadə" edildiyi vurğulanıb. Bu mövqe, sözügedən ifadələri siyasi tənqid sərhədlərini aşan və təhlükəsizlik qurumlarının bitərəfliyinə təhdid kimi qiymətləndirən yəhudi təşkilatlarının sərt tənqidinə səbəb olub.

İngiltərədəki "Antisemitizmlə Mübarizə Kampaniyası" belə bir sənədin polis qüvvələri ilə əlaqəli platformalarda dərc edilməsindən narahatlığını bildirib və bununla bağlı rəsmi araşdırma aparılmasını, habelə sənədin hazırlanması və yayılmasına cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.

Bundan əlavə, İngiltərənin yəhudi təşkilatları xəbərdarlıq edib ki, polis dairələrində bu cür materialların yayılması yəhudi icmasının hüquq-mühafizə orqanlarına olan etimadına mənfi təsir göstərə bilər. Onlar aidiyyəti orqanları sənədin necə hazırlandığına və yayıldığına aydınlıq gətirməyə, habelə gələcəkdə bunun təkrarlanmayacağına zəmanət verməyə çağırıblar.

4356865

captcha