IQNA

Kərbəla Mükafatı Beynəlxalq Quran müsabiqələrinin açılışı Tarutinin tilavəti ilə keçirilib

11:41 - June 08, 2026
Xəbər sayı: 3500502
İQNA – Kərbəla Mükafatı üzrə 5-ci Beynəlxalq Quran tilavəti və əzbəri müsabiqələri şənbə günü, iyunun 6-da misirli tanınmış qari Əbdülfəttah Tarutinin tilavəti ilə İmam Hüseynin (ə) hərəmində start götürüb.

“İQNA”-nın İraq bürosunun məlumatına görə, bu müsabiqələr İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Quran Mərkəzinin Beynəlxalq Quran Həftəsi çərçivəsində, 30 ərəb və islam ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilir.

Açılış mərasimində İslam dünyasının görkəmli Quran simaları, çoxsaylı din alimləri, universitet nümayəndələri, müqəddəs ziyarətgahların təmsilçiləri və İmam Hüseynin (ə) hərəminin zəvvarları iştirak ediblər.

Müsabiqələr Kərbəla Beynəlxalq Quran Həftəsinin sonuna qədər (iyunun 11-dək) İmam Hüseynin (ə) hərəmində, İraq vaxtı ilə saat 16:00-dan 18:00-a qədər və axşam saat 20:30-dan 22:00-a qədər davam edəcək.

İmam Hüseynin (ə) ziyarətgahının Quran Media Mərkəzinin rəhbəri Vissam Nəzir əd-Dəlfi bu barədə deyib: "Mərasim misirli beynəlxalq qari Şeyx Əbdülfəttah Tarutinin Quran tilavəti ilə başladı. Ardınca elmi hövzənin ustadı Seyid Riyad əl-Həkim və daha sonra Hüseyniyyə ziyarətgahının Quran Mərkəzinin rəisi Şeyx Xeyrəddin Əli əl-Hadi çıxış etdilər."

 

افتتاح مسابقات بین‌المللی قرآن جایزه کربلا با تلاوت طاروطی

O əlavə edib: "Mərasimdə Kərbəla Beynəlxalq Mükafatının tarixini və beynəlxalq gənc istedadların iştirak etdiyi əvvəlki mərhələləri əks etdirən sənədli film nümayiş olundu. İştirakçı şairlərdən İhab əl-Maliki Qədir-Xum bayramının xoş ovqatından ilhamlanaraq şeir oxudu."

Əd-Dəlfi bildirib: "Beynəlxalq Quran Həftəsi İmam Hüseynin (ə) müqəddəs ziyarətgahı tərəfindən təşkil edilən ən önəmli Quran tədbirlərindən biridir. Bu tədbir müxtəlif İslam ölkələrindən olan qari və hafizləri, habelə Quran işlərinə maraq göstərənləri müxtəlif proqramlar, müsabiqələr və intellektual-mədəni fəaliyyətlər vasitəsilə bir araya gətirir."

Qeyd edək ki, Beynəlxalq Quran Həftəsinin tədbirlərinə Kərbəla Beynəlxalq Mükafatının 5-ci müsabiqəsi ilə yanaşı, gənc istedadlar üzrə 1-ci beynəlxalq müsabiqə, "Nəbəi Əzim" 4-cü Beynəlxalq Xəttatlıq sərgisi və digər Quranla bağlı tədbirlər daxildir.

4356922

captcha