İQNA-nın İrandakı İndoneziya Mədəni Əlaqələr Mərkəzinin media şöbəsinə istinadən verdiyi məlumata görə, bu idman-mədəni tədbiri səhər saat 07:30-da "Epiwalk, Epicentrum, Kuningan" ərazisindən başlayacaq və saat 11:30-dək davam edəcək.
Bu tədbirdə velosipedçilər Cakartanın mühüm və tanınmış marşrutlarını qət edəcək, o cümlədən Surapati parkı, Proklamator parkı, Çikini bazarı, Surabaya küçəsindəki antikvar bazarı, Toqo Tani abidəsi, Qambir stansiyası, Pos Blok, Lapangan Banteng meydanı, Sunda Kelapa limanı və Fatahillah muzeyi kimi məkanlardan keçəcəklər.
Qayıdış marşrutu isə Tanah Abang bölgəsi, Prasasti qəbiristanlıq parkı, Vahid Həşim küçəsi və Çəmərə küçəsindən davam edərək nəhayət Surapati parkında başa çatacaq.
Arzu İskəndərinin İndoneziyaya səfəri bu ölkənin idman və mədəniyyət fəalları tərəfindən müsbət qarşılanıb. O, bu səfəri zamanı idmanın universal dilindən istifadə edərək sülh, birgə yaşayış, xalqların dostluğu mesajını və İranın mədəni simasını İndoneziya cəmiyyətinə tanıtmağa çalışır.
Bu birgə tədbirin keçirilməsi İran və İndoneziya xalqları arasındakı bağların möhkəmləndirilməsi və idmanın xalqları yaxınlaşdırmadakı rolunun nümayişi üçün bir fürsətdir; bu hadisə velosipedin bir idman vasitəsindən kənara çıxaraq, sülh, dostluq və həmrəylik üçün insani bir mesaj daşıyıcısı ola biləcəyini göstərir.
İran İslam Respublikasının İndoneziyadakı Mədəniyyət Əlaqələri Mərkəzi bu mədəni və idman hərəkatını dəstəkləyərək, bu tədbiri xalq diplomatiyasının genişləndirilməsi, İranın mədəni potensialının tanıdılması və iki xalq arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda atılan bir addım kimi qiymətləndirib.

4357759