IQNA

Dublin məscidində baş vermiş vandalizm hadisəsi ilə bağlı istintaqa başlanılıb

20:21 - June 30, 2026
Xəbər sayı: 3500645
İQNA – Şotlandiya polisi Dublin məscidində baş vermiş vandalizm hadisəsi ilə bağlı araşdırmalara başladığını açıqlayıb.

“İQNA”-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, İrlandiyanın RTE televiziya kanalı dünən xəbər verib ki, İrlandiya polisi Dublin şəhərinin mərkəzində yerləşən İslam mərkəzində baş verdiyi ehtimal olunan qəsdən törədilmiş yanğın hadisəsi ilə bağlı istintaqa başlayıb.

Talbot küçəsində yerləşən Əl-Mədinə zalında yanğın yerli vaxtla saat 15:30-da (Qrinviç vaxtı ilə 13:30) baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb və binada olan üç nəfər təhlükəsiz şəkildə təxliyə edilib.

Dublin Yanğınsöndürmə Xidməti bildirib ki, hadisə yerindən tüstü qalxması barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürən avtomobillər və xilasedicilər göndərilib. Yanğın nəticəsində binaya ciddi ziyan dəyib.

Polis cinayət işi üzrə istintaqa başlayıb və bildirib ki, əməkdaşlar araşdırma çərçivəsində konkret bir istiqamət üzrə işləyirlər. İstintaqçılar hazırda hadisənin irqi nifrət zəminində törədildiyini və ya ifrat sağçı qruplar tərəfindən həyata keçirildiyini düşünmürlər.

Hadisə şəhər mərkəzində nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb və həmin ərazidə ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti dayandırılıb. Yanğınsöndürənlər sonradan alovu tam söndürüb, bina isə məhkəmə-tibbi və kriminalistik ekspertizalar başa çatana qədər möhürlənib.

Ötən ay Şotlandiya polisi bildirmişdi ki, terrorla mübarizə bölməsi Edinburqda baş vermiş və beş nəfərin yaralanması ilə nəticələnən silsilə zorakı hücumları araşdırır. Ehtimal olunur ki, həmin hücumlar islamofob motivlərlə törədilib.

4361193

Teqlər: dublin ، məscid ، vandalizm ، Şotlandiya
captcha