"Əl-Mənar"a istinadən xəbər verən İQNA-nın məlumatına görə, Yəmənin "Ənsarullah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxiti çıxışında vurğulayıb ki, Babül-Məndəb boğazı Səudiyyə Ərəbistanının gəmiləri üçün tamamilə qapadılıb.
ABŞ-ın Yəmənə qarşı təcavüzdə Səudiyyə Ərəbistanı ilə birlikdə iştirak etməsinin onun maraqlarına uyğun olmadığını bildirən Əl-Bəxiti əlavə edib: "Əgər ABŞ Yəmənə qarşı müharibəyə qoşulsa, bu bizə onu hədəf almaq üçün fürsət verəcək".
"Ənsarullah"ın rəsmisi vurğulayıb: "Biz gərginliyin istənilən artımına gərginliyi artırmaqla cavab verəcəyik və müqavimət oxuna daxil olan ölkələr də sionist rejimlə mübarizə üçün hazırdır".
Bununla əlaqədar olaraq, "Əl-Məyadin" telekanalı özəl mənbəsinə istinadən xəbər verib ki, Yəmən silahlı qüvvələri son 48 saat ərzində üç Səudiyyə neft tankerini hədəf alıb.
Mənbə əlavə edib ki, keçən bazar ertəsindən bu günə (bazar günü) qədər geri dönən və keçməsinə icazə verilməyən Səudiyyə gəmilərinin sayı 16-ya çatıb.
O bildirib: "Yəmənin blokadası tətbiq olunduğu gündən bəri heç bir Səudiyyə neft gəmisi nə gediş, nə də dönüş istiqamətində Babül-Məndəbdən keçə bilməyib".
"Əl-Məyadin"in sözügedən mənbəyə istinadən verdiyi məlumata görə, Səudiyyə gəmilərinin keçidinin qadağan edilməsi ilə bağlı qərar hələ də qüvvədədir və Yəmən silahlı qüvvələri bu ölkənin heç bir gəmisinin keçməsinə icazə verməyəcək.
4366355