IQNA

Mərakeşdə üç dildə "Məhəmmədi Quran"ın paylanması

17:54 - July 28, 2026
Xəbər sayı: 3500849
İQNA- Mərakeşin Vəqflər və İslam İşləri Nazirliyi ölkəyə səfər edən xaricdə yaşayan mərakeşlilər arasında "Məhəmmədi Quran"ın nüsxələrini paylayır.

"İQNA"-nın "Sahel Press"ə istinadən verdiyi məlumata görə, Mərakeşin Vəqflər və İslam İşləri Nazirliyi xaricdə yaşayan mərakeşlilər üçün hərtərəfli dini və mədəni proqramın başladığını elan edib.

Avqustun 20-dək davam edəcək bu proqram, Mərakeşin müxtəlif bölgələrində və xaricdə yaşayan mərakeşlilərin keçdikləri marşrutlarda bir sıra tədbirlər və təşəbbüslər vasitəsilə xaricdə yaşayan mərakeşlilərin öz dini və milli dəyərləri ilə əlaqələrini gücləndirməyi hədəfləyir.

Bu proqrama 970 Quran mərkəzinin açılması, 430 dini və mədəni tədbirin planlaşdırılması, həmçinin Mərakeşin "Məhəmmədi Quran" nüsxələrinin fransız, ispan və ingilis dillərində pulsuz paylanması daxildir.

Bu təşəbbüs xaricdə yaşayan mərakeşli icma üzvlərinə, xüsusən də gənc nəslə Quranın mənalarına hakim olduqları dillərdə çıxış əldə etməyə imkan verəcək.

Bundan əlavə, nazirlik yay tətilində ölkəyə gələn mərakeşlilərə bələdçilik etmək və proqramın məzmunu barədə məlumat vermək üçün bir neçə hava limanı və limanda məlumat mərkəzləri yaradıb.

Proqrama həmçinin xaricdə yaşayan mərakeşli uşaqlar üçün Quranın əzbərlənməsi mərkəzlərinin təşkili, Quran qiraəti yarışları, Peyğəmbərə (s) həsr olunmuş mədhiyyə məclisləri və ərəb və mərakeş xəttatlığı üzrə seminarların keçirilməsi daxildir.

Mədəni sərgilərin qurulması və interaktiv sessiyalar, avqustun 10-da Mühacirlər Milli Günü qeyd olunarkən Mərakeş Vəqflər Nazirliyinin xaricdə yaşayan mərakeşli vətəndaşlar üçün nəzərdə tutduğu digər proqramlardandır.

Bu təşəbbüslər xaricdə yaşayan mərakeşlilərin dini və milli kimliyini qorumaq, onların mötədil dəyərlər və islami əsaslarla bağlarını gücləndirmək məqsədi daşıyan səylərin bir hissəsidir.

4366677

captcha