IQNA

Misirin beynəlxalq Quran müsabiqələrinin şifahi imtahanlarının keçirilməsi

18:09 - July 28, 2026
Xəbər sayı: 3500850
İQNA-Misirin 33-cü Beynəlxalq Quran müsabiqələrində iştirak üçün final şifahi imtahanları sabah, iyulun 29-da bu ölkədə keçiriləcək.

"İQNA"-nın "Sada əl-Bələd"ə istinadla verdiyi məlumata görə, Misirin Vəqflər Nazirliyi ölkənin 33-cü Beynəlxalq Quran müsabiqəsində iştirak hüququ qazanmış şəxslər üçün yekun mərkəzləşdirilmiş şifahi imtahanların tarixini açıqlayıb.

Nazirlik bəyanatında bildirib: "Bu imtahanlar sabah, 29 iyul 2026-cı il çərşənbə günü "Bab əl-Luq" bölgəsindəki (nazirliyin köhnə binasının yanında) "Əl-Rəhmə" məscidində keçiriləcək və iştirakçıların gəliş vaxtı səhər saat 10:00 olacaq."

Bu imtahanlar Quranın əzbərlənməsi və təcvidi (tilavəti), məfhumların dərk edilməsi və ayələrin nazil olma səbəblərinin (əsbabi-nüzul) öyrənilməsini əhatə edir. İmtahanda ən yüksək nəticə göstərənlər Misiri bu ölkənin 33-cü Beynəlxalq Quran müsabiqələrində təmsil edəcəklər.

Misirin 33-cü Beynəlxalq Quran müsabiqəsi 2026-cı ildə mərhum misirli qari "Şeyx Əbdülfəttah Şəşai"nin xatirəsinə həsr olunacaq.

Misirin Vəqflər Nazirliyinin bəyanatında vurğulanır ki, bu müsabiqələrin keçirilməsi Quran hafizlərinə dəstək olmaq, Quran mədəniyyətini təbliğ etmək və Quran elitasını ilahi ayələri əzbərləməyə, onlar üzərində düşünməyə və mənalarını dərk etməyə təşviq etmək məqsədi daşıyır.

Qeyd edək ki, Misirin beynəlxalq Quranın əzbərlənməsi və qiraəti müsabiqələrinin müxtəlif dövrləri indiyədək böyük misirli qarilərin xatirəsinə həsr olunub. Müsabiqənin 26-cı dövrü "Şeyx Mahmud Xəlil əl-Həsəri", 27-ci dövrü "Ustad Əbdülbasit Əbdüssəməd" və 32-ci Beynəlxalq Quran müsabiqəsi isə Misirin və İslam dünyasının mərhum və məşhur qarisi "Ustad Şəhat Məhəmməd Ənvər"in xatirəsinə həsr olunaraq keçirilib.

4366690

Teqlər: misir ، beynəlxalq ، quran ، müsabiqəsi
captcha