"Middle East" agentliyinə istinadən "İQNA"-nın məlumatına görə, Həşdi-Şəbinin bəyanatına əsasən, bu gün səhər saatlarında sözügedən təşkilatın bir neçə rəsmi mərkəzi İraqın müxtəlif bölgələrində Amerika və Səudiyyə qüvvələrinin terrorçu və qəfil hücumlarına məruz qalıb.
İraqın Həşdi-Şəbi təşkilatı öz bəyanatında bu təcavüzləri pisləyərək, bunu böhranların gərginləşməsi və İraqın ərazi bütövlüyünün tapdalanması istiqamətində yeni bir addım kimi qiymətləndirib.
Bəyanatda qeyd olunur ki, ilkin məlumatlara əsasən, bu hücumlar bir sıra döyüşçünün şəhid olmasına və yaralanmasına, habelə təşkilata məxsus bəzi bina və əmlaka maddi ziyan dəyməsinə səbəb olub.
Həşdi-Şəbi vurğulayıb: "Biz bu hücumları fövqəladə dərəcədə təhlükəli gərginlik, İraqın suverenliyinin açıq-aşkar pozulması və ölkənin rəsmi təhlükəsizlik qurumlarının hədəf alınması hesab edirik. Bildiririk ki, aidiyyəti şöbələr vəziyyəti yerində izləyir və tələfatın sayılması, habelə ziyanın qiymətləndirilməsi prosesi davam edir."
Rəsmi təfərrüatlar, son xəbərlər və hadisələrin gedişatı məlumatlar dəqiqləşdikdən sonra Həşdi-Şəbi təşkilatının növbəti bəyanatları vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaq.
Xatırladaq ki, ilkin xəbərlərə görə, bu gün səhər saatlarında Səudiyyə Ərəbistanı və ABŞ-ın İraqa qarşı həyata keçirdiyi birgə təcavüzkar hücumlar nəticəsində Bəsrədəki Həşdi-Şəbi qərargahı, Vasitdəki "Əl-Fəth əl-Mübin" bazası, Ninevadakı 30-cu briqada, Kərkükdəki 40-cı briqadanın qərargahı və həmçinin Kərbəladakı Həşdi-Şəbi qərargahlarından biri hədəf alınıb.
4366822