IQNA

Həşdi-Şəbinin ABŞ və Səudiyyə Ərəbistanının hücumlarına reaksiyası

15:00 - July 29, 2026
Xəbər sayı: 3500853
İQNA- İraqın Həşdi-Şəbi təşkilatı rəsmi bəyanat yayaraq, ABŞ və Səudiyyə Ərəbistanının İraqın müxtəlif nöqtələrindəki qərargahlarına etdiyi birgə hücumları terrorçu və qəfil təcavüz, habelə İraqın suverenliyinin və onun rəsmi təhlükəsizlik qurumlarının açıq şəkildə pozulması kimi qiymətləndirib.

"Middle East" agentliyinə istinadən "İQNA"-nın məlumatına görə, Həşdi-Şəbinin bəyanatına əsasən, bu gün səhər saatlarında sözügedən təşkilatın bir neçə rəsmi mərkəzi İraqın müxtəlif bölgələrində Amerika və Səudiyyə qüvvələrinin terrorçu və qəfil hücumlarına məruz qalıb.

İraqın Həşdi-Şəbi təşkilatı öz bəyanatında bu təcavüzləri pisləyərək, bunu böhranların gərginləşməsi və İraqın ərazi bütövlüyünün tapdalanması istiqamətində yeni bir addım kimi qiymətləndirib.

Bəyanatda qeyd olunur ki, ilkin məlumatlara əsasən, bu hücumlar bir sıra döyüşçünün şəhid olmasına və yaralanmasına, habelə təşkilata məxsus bəzi bina və əmlaka maddi ziyan dəyməsinə səbəb olub.

Həşdi-Şəbi vurğulayıb: "Biz bu hücumları fövqəladə dərəcədə təhlükəli gərginlik, İraqın suverenliyinin açıq-aşkar pozulması və ölkənin rəsmi təhlükəsizlik qurumlarının hədəf alınması hesab edirik. Bildiririk ki, aidiyyəti şöbələr vəziyyəti yerində izləyir və tələfatın sayılması, habelə ziyanın qiymətləndirilməsi prosesi davam edir."

Rəsmi təfərrüatlar, son xəbərlər və hadisələrin gedişatı məlumatlar dəqiqləşdikdən sonra Həşdi-Şəbi təşkilatının növbəti bəyanatları vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Xatırladaq ki, ilkin xəbərlərə görə, bu gün səhər saatlarında Səudiyyə Ərəbistanı və ABŞ-ın İraqa qarşı həyata keçirdiyi birgə təcavüzkar hücumlar nəticəsində Bəsrədəki Həşdi-Şəbi qərargahı, Vasitdəki "Əl-Fəth əl-Mübin" bazası, Ninevadakı 30-cu briqada, Kərkükdəki 40-cı briqadanın qərargahı və həmçinin Kərbəladakı Həşdi-Şəbi qərargahlarından biri hədəf alınıb.

4366822

captcha